Müharibə böyüyür

02.07.2014 - 02:44

Anti-terror əməliyyatlarının bərpasının ilk gecəsindən etibarən Ukrayna ordusu terrorçulara qarşı müxtəlif istiqamətlərdən hücuma keçib.
Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, separatçıların Donbas vilayətinin şimalındakı – Kramatorsk, Yampol və Slavyanskdakı mövqeləri sürəkli atəşə tutulub və hücumun birinci mərhələsi ciddi nəticələr verib. Şahidlərin sözlərinə görə, hücum prosesində artilleriya qurğuları və digər bu tip silahlardan istifadə edilib.
Ukraynanın Müdafiə Nazirliyi və digər aidiyyəti strukturları əməliyyatların mümkün qədər qapalı şəkildə həyata keçirilməsinə qərar veriblər. Onların qənaətinə görə, istənilən əlavə informasiyanın sızması əməliyyatların aparılmasında müəyyən problemlər yarada bilər. Çünki proses indi də davam edir.
***
“Sağ sektor” Dnestryanıya hücuma hazırlaşır.
Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Mətbuat artıq “Sağ sektor”un bir qrup əsgərinin Dnestryanı ilə sərhəddə yerləşdiyini bildirib. Onlara hakimiyyətdən böyük dəstəyin verildiyi qeyd edilib. Hazırda 20 hərbi texnikanın Dnestryanı ilə sərhəddə hücuma hazır vəziyyətdə dayandığı söylənilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9093

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31