Putin Azərbaycana çağırış etdi

02.07.2014 - 02:47

“Dünyada münaqişələrin baş vermə potensialı artır. Köhnə ziddiyyətlər dərinləşir və yeniləri yaranır”.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya səfirləri və daimi nümayəndələrinin müşavirəsində prezident Vladimir Putin deyib.
Ukraynadakı hadisələrdən danışan Kreml rəhbəri bu ölkədə hərbi əməliyyatların bərpa edilməsindən təəssüfləndiyini dilə gətirib. “Avropadakı həmkarlarım Ukraynanı inandıra bilmədi ki, etibarlı və uzunmüddətli sülh müharibə vasitəsilə mümkün deyil. Siyasi oyunlar üçün milyonlarla insan əziyyət çəkir. Ukraynada baş verənlər illərlə yığılmış neqativ tendensiyaların kulminasiyasıdır.  Biz bu barədə xəbərdarlıq edirdik. Təəssüf ki, proqnozlarımız gerçəkləşir”, – Putin deyib.
Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqın qapılarının quruma daxil olmayan bütün MDB ölkələri üçün açıq olduğunu dilə gətirib.
Qeyd edək ki, Rusiyanın istəyinə baxmayaraq, Azərbaycan Avrasiya İttifaqına daxil olmaq niyyətini ifadə etməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9094

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31