Ramazan ayında ən çox oruc tutan ölkələr

02.07.2014 - 03:55

Bəzi ölkələrdə orucun müddəti 9 saat, bəzilərində isə 21 saatdır
Cumhuriyyet.az inter.az-a istinadən bildirir ki, bu rəqəm Yaxın Şərqdə 14-15 saat müddətindədir.
Mənbənin
məlumatına görə, dünya ölkələrində oruc tutma müddətinin 12 saata qədər
fərqli və fasiləli olması təbiidir. Bu, ondan irəli gəlir ki, bu məsələ
yalnız şəri vaxtlarla hesablanmalı və ölçülməlidir. Bəzi ölkələrdə
orucun müddəti 12-13 saat olsa da, bəzi ölkələrdə bu müddət 20-21
saatadək davam edir.
Ən az oruc tutan ölkə
Argentina olacaq. Burada müsəlmanlar 9 saat 30 dəqiqə oruc olacaqlar.
Afrika qitəsində 10 və 16 saat 30 dəqiqə arasında dəyişir.
Cənubi
Afrikada müsəlmanlar 10 saat yarım oruc tutacaqlar. Əlcəzair, Liviya,
Mərakeş və Sudanda yaşayan müsəlmanlar 14 saat, Tunisdə 15 və Misirdə 16
saat 30 dəqiqə oruc tutacaqlar.
Avstraliyaya
gəlincə, burada yaşayan müsəlmanlar 10 saat oruc tutacaqlar. Halbuki
Asiya qitəsində Sinqapur, Hindistan, Pakistan, Malaziya müsəlmanları
iftarı 12 saat gözləməli olacaqlar. Qonşu İranda müsəmanlar 16 saat 40
dəqiqə oruc tutacaqlar.
İraq, Suriya, Küveyt və
İordaniyada 14 saat, Qətərdə 14 saat 40 dəqiqə, Yəməndə 14 saat 50
dəqiqə, Ərəb Əmirliklərində 14 saat 51 dəqiqə, Fələstin, Livan, Bəhreyn
və Ərəbistanda isə 15 saat oruc tutulacaq.
Avropaya
doğru irəlilədikcə oruc saatı gedərək uzanır. Ən uzun oruc saaatı isə
Danimarkada olacaq, 21 saat. İslandiyanın paytaxtı Rekyavik, İsveçin
Kiruna və Norveçin Tromse şəhərlərində Ramazanın ilk günü 22 saata yaxın
oruc tutulacaq. Stokholm, Oslo, Kopenhagen və Helsinki kimi şəhərlərdə
isə müsəlmanlar 21 saata yaxın oruc qalacaq.
İspaniya və Türkiyədə 17, İngiltərə və Almaniyada isə 16 saat oruc tutulacaq.
Bundan başqa Amerikad müsəlmanlar 15 saat iftarı gözləməli olacaqlar. Meksikada isə bu müddət 13 saat olacaq.
Azərbaycanda isə oruc tutanlar təxminən 17 saat 30 dəqiqə iftarı gözləməli olacaqlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=9099

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31