Rüşvətxorluğu ifşa edənlər həbs olunur
AXCP İlham Əliyevə müraciət edən Əliabbas Rüstəmovun həbsini təsadüfü saymır

“Hakimiyyət bütün dünyanın gözünün Azərbaycanda olduğu günlərdə də
repressiv addımlarından əl çəkmir. Hüquqşünas, vəkil Əliabbas Rüstəmovun
qondarma əməliyyatla şərlənərək həbs edilməsi bir daha onu göstərir ki,
iqtidar sağlam düşünmək imkanlarını itirib. Məhz ona görə ki, Əliabbas
Rüstəmov bu ilin 17 Martında Ilham Əliyevə müraciət edərək yüz
milyonlarla dövlət vəsaitinin mənimsənilməsinə dair faktları onun
diqqətinə çatdırmışdı.
Normal cəmiyyətlərdə bu cür vicdanlı və sayıq vətəndaşlara təşəkkür
edilsə də, Əliyevlərin qurdğu sistemdə onların yeri həbsxana olur”. Bu
sözlər Azərbaycan Xalq Cəbhəsi partiyasının vəkil Əliabbas Rüstəmovun
həbsinə dair yaydığı bəyanatdandır. AXCP hesab edir ki, hakimiyyət məhz
korrupsiya sisteminin üzərində dayandığı üçün, irli xırdalı rüşvəti
idarəetmə mexanizmi seçdiyi üçün hər bir korrupsiya faktının ifşasını
sistemə dəyən zərbə kimi qiymətləndirir və buna görə də vicdanlı
vətəndaşlara divan tutur. Partiya hesab edir ki, jurnalist Ərşad
Ibrahimovla bağlı həps şərləmə əməliyyatında da bu motivlər qabarıq
olub. AXCP bəyan edir ki, Ilham Əliyev şəxsən ona müraciət edib
rüşvətxorluğu ifşa edən şəxsin həbsinə göz yummaqla ya həmin rüşvətin ya
da sözügedən həbsin arxasında olduğunu təlqin edir. Əks halda Əliabbas
Rüstəmov deyil, əsl cinayətkarlar cəzalandırlmalı idi. AXCP hakimiyyəti
vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə son qoyma, ölkəni qorxulu
poerespektivlərə sürükləməkdən çəkinməyə çağırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9102