Nurçular yenidən Azərbaycanda hərəkətə keçdi

02.07.2014 - 12:57

Nurçular onlara məxsus məktəblərin və hazırlıq kurslarının fəaliyyətinin yeni adlar altında bərpa olunmasına cəhdlər göstərirlər.
Axar.az-a daxil olan məlumata görə, nurçular Azərbaycanda onlara aid təhsil müəssisələrinin və hazırlıq kurslarının fəaliyyətinin dayandırılması ilə bağlı barışmaq niyyətində deyillər. Artıq həmin məktəblərin, xüsusilə də “Araz” kurslarının fəaliyyətinin başqa adlar altında bərpa olunması istiqamətində addımlar atılır. Bu məqsədlə yeni şirkətlər qeydiyyatdan keçirilir. Hazırda bu yöndə aktiv fəaliyyət göstərən şirkətlərdən birinin “Zirvə” olduğu müəyyənləşdirilib.
Əldə etdiyimiz digər məlumata görə, vaxtilə nurçuların məktəblərini bitirmiş və hazırda müxtəlif təhsil müəssisələrində, dövlət orqanlarında, özəl sahələrdə çalışan şəxslərlə intensiv əlaqələr saxlanılır. Bu məsələdə Azərbaycanın regionlarında yaşayan və işləyən məzunlara xüsusi diqqət ayrılır. Məzunlar Bakıya dəvət edilir, onlara aldıqları məvacib qədər aylıq maaş vəd olunur, nurçuluq ideyasının təbliği, yeni ardıclıların və tərəfdarların tapılması və ümumi işə cəlb edilməsi ilə bağlı təlimatlar verilir. Hesab edilir ki, nurçular bu yolla itirilmiş mövqelərini bərpa etməyə, həm dövlət idarəçiliyi sistemində, həm də cəmiyyətdə yeni təsir imkanları qazanmağa çalışırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=9113

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31