Azərbaycanla Türkiyə birləşir
Bu barədə apasport.az saytına PFL prezidenti Ramin Musayev məlumat verib.
O
bildirib ki, azərbaycanlı futbolçuların Türkiyə superliqasında çıxış
etməsi üçün yaxşı imkan yaranıb: “Hazırda bu istiqamətdə Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Türkiyə
Futbol Federasiyası nümayəndələri arasında danışıqlar gedir. Əgər
danışıqlar müsbət yekunlaşarsa, türkiyəli futbolçular Azərbaycan
çempionatında, azərbaycanlı futbolçular isə Türkiyə superliqasında
oynayacağı təqdirdə legioner statusu daşımayacaqlar”.
PFL rəhbəri
bu məsələnin yaxın günlərdə müsbət sonluğa doğru yekunlaşacağına
inandığını vurğulayıb: “Əgər tərəflər arasında protokol bağlanılacağı
halda, anlaşmanın şərtləri cari mövsümə tətbiq olunacaq”.
Xatırladaq
ki, təxminən 10 ildir Türkiyə çempionatında azərbaycanlı futbolçulara
güzəşt tətbiq edilir. Lakin bu, indiyədək yalnız I liqa klubları üçün
keçərlidir. I dəstədə mübarizə aparan hər klubun heyətində türkdilli
ölkələrdən (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan,
Türkmənistan) olan 2 futbolçu legioner statusu daşımır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9116