Zakir Həsənov tapşırıq verdi
Müdafiə Nazirliyində Əlahiddə Ümumqoşun Ordusu, birlik,
birləşmə, qoşun qismləri, hərbi hissələrin, Müdafiə Nazirliyinin xüsusi
təyinatli təhsil müəssisələrinin komandir və rəislərinin şəxsi heyətlə
iş üzrə müavinlərinin metodiki toplantısı keçirilib.
ANS
PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
toplantıda Şəxsi Heyət Baş İdarəsi, Tibb Baş İdarəsi, Mənəvi-Psixoloji
Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi, Hüquq İdarəsi nümayəndələri
və qonaq qismində dəvət olunan Qafqaz Müsəlmanları İdarəsinin aparat
rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov iştirak ediblər.
Tədbirdə
Silahlı Qüvvələrdə son zamanlar baş verən bəzi nizmnamədən kənar
hadisələr təhlil olunub, tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi
heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi
qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi nə dair bir
sıra məsələlər, şəxsi heyətlə iş üzrə vəzifəli şəxslərə gələcək
fəaliyyətlərinin daha da gücləndirilməsi istiqamətində tövsiyələrin
hazırlanması üçün təkliflər müzakirə edilib.
Metodiki
toplantıda həmçinin Vətənə, dövlətə sədaqət, nizamnamələrin
tələblərinin şəxsi heyətə öyrədilməsi, qanunlara hörmətlə yanaşılması,
hüquq pozuntularının, nizamnamədən kənar hərəkətlərin qarşısının
alınması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra
tədbir iştirakçılarının müdafiə naziri general-polkovnik Zakir
Həsənovla görüşü olub. Müdafiə naziri tərbiyəvi və mənəvi-psixoloji
hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı geniş və ətraflı təhlil
aparıb, görülən tədbirlər, onun daha da yüksək səviyyədə təşkili və
gücləndirilməsi istiqamətində tövsiyələrini verib.
Müdafiə
naziri qabaqcıl təcrübədən istifadə, şəxsi nümunə, sosial ədalət və
bərabərlik mühitinin yaradılması, kollektivlərdə münasibətlərin sağlam
mühit şəraitində qurulması, hərbi hissələrdə xidmətin günün nizam
qaydalarına uyğun təşkili üçün normal şəraitin yaradılması, sağlam
rəqabətin, hərbi hissələrdə əsgər yoldaşlığı, hərbi xidməti
münasibətlərin qarşılıqlı dostluq, hörmət və gənc əsgərlərə qayğı
əsasında qurularaq davam etdirilməsinin formalaşdırılması və bir çox
məsələlərlə bağlı fikirlərini görüş iştirakçılarına çatdırıb.
Bildirilib
ki, qeyd olunan bu fəaliyyətlər Azərbaycan Respublikasının prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələb və
tapşıpıqlarına, Müdafiə nazirinin əmrlərinə müvafiq olaraq daha da
yüksək səviyyədə təşkil edilib həyata keçirilməli, eyni zamanda
komandirlərin və onların şəxsi heyətlə iş üzrə müavinlərinin daim diqqət
mərkəzində olmalıdır.
Görüşdə şəxsi heyətin
Azərbaycan Respublikasının Konstitusiyasına, hərbi anda və nizamnamələrə
sadiq olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası və qorunması, düşmən
təxribatlarının qarşısının alınmasında vəzifə borclarını şərəflə yerinə
yetirmələri məqsədilə tərbiyəvi işin və mənəvi-psixoloji hazırlığın
təşkil edilib həyata keçirilməsi məsələsi xüsusi vurğulanıb.
Nazir
bildirib ki, milli-mənəvi dəyərlərimizə yaxından bələd olan, tariximizi
yaxşı bilən, Vətənimizi, torpağımızı, xalqımızı ürəkdən sevən, silah və
texnikanı müasir tələblər baxımından dərindən öyrənən, əmrləri
layiqincə yerinə yetirən kiçik komandirlər tərbiyə edilib yetişdirilməli
və əsgərlər hazırlanmalıdır.
Sonda Müdafiə naziri
general-polkovnik Zakir Həsənov görüş iştirakçılarına təlim-tərbiyə
işinin daha yüksək səviyyədə təşkili və mənəvi-psixoloji hazırlıq işinin
gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib
Short URL: http://www.cumhuriyyet.net/?p=9122