Deputat rektora ağır ittiham
Əhməd Vəliyev borcunu qaytarmır

İsgəndər Aznaurovun qızının “Odlar Yurdu” Universitetində təhsil haqqı
borcuna görə dövlət imtahanına buraxılmaması məsələsinə münasibət
bildirib. O, Adolat Aznaurovanın imtahanlara buraxılmamasını utancverici
hal adlandırıb və Facebook vasitəsilə Əhməd Vəliyevə təklif verib.
“Buradan
millət vəkili və eyni zamanda “Odlar Yurdu” Universitetinin rektoru
Əhməd Vəliyevə səslənirəm. Hörmətli Əhməd müəllim, sizin 2004-cü ildən
mənə 1000 manata yaxın pul borcunuz var. Bu pul böyük qızım Leylanın
TQDK xətti ilə sizin universitetin hüquq fakültəsinə daxil olarkən
2004-cü ildə rəsmi qaydada sizə ödədiyim pul vəsaitidir ki, o vaxtdan bu
günə kimi o pulu siz mənə min bir bəhanə ilə qaytarmırsınız.
Xatırladıram ki, qızım ailə qurması ilə əlaqədar ali təhsilini yarımçıq
qoyaraq həyat yoldaşı ilə Azərbaycanın rayonlarından birinə köçərək
orada yaşayır. Mən Sizin qəbulunuzda olarkən, sizdən ödənilmiş təhsil
haqqına görə pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdim. Amma,
sizin müxtəlif bəhanələriniz, o cümlədən o pulun yalnız qızıma qaytarıla
biləcəyini deməyiniz məni bu işdən bir qədər soyutdu. Dünənki məlumatı
oxuduqdan sonra isə mən qərara gəldim ki, həmən o 1000 manata yaxın pul
vəsaitini Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın
təhsil haqqını ödəməsinə yönəldilməsi haqqında göstəriş verməyi sizdən
xahiş edim. Mətbuat vasitəsiylə etdiyim bu müraciəti xahiş edirəm, rəsmi
müraciət kimi qəbul edəsiniz.
Mən inanıram ki, Siz həyatını
Azərbaycan xalqının yolunda fəda etmiş bir Qəhrəman insanın övladına
şərait yaradacaqsınız ki, o qızımız dövlət imtahanlarını versin və
gələcəyin layiqli bir ziyalısı olsun.
Sonda isə, hörmətli millət
vəkili kimi sizə müraciət edirəm ki, danışıqlarınızda bir qədər
diqqətli olasınız. Sizin kimi ziyalıya və universitet rektoruna yaraşmaz
ki, siz “Milli Qəhrəman qızı olması bizim üçün fərq etmir” kimi
təhqiramiz və düşünülməmiş ifadələri dilinizə gətirəsiniz. Bu sizin nə
yaşınıza, nə tutduğunuz statusa, nə də ali məktəb rəhbəri kimi
rektorluğunuza yaraşan münasibət deyil.
Biz, Qarabağ savaşının
həqiqi iştrakçıları bütün döyüşçü dostlarımızı, xüsusən də Azərbaycanın
Milli Qəhrəmanı adını almış şəxslərin özlərinə, ailə üzvlərinə sonsuz
hörmət və ehtiram bəsləməyə borcluyuq. İsgəndər Aznaurov kimi oğullar
vaxtında düşmən qarşısına çıxmasaydılar, indi Siz nə millət vəkili
olardınız, nə də çoxlu var-dövlətə sahib çıxa bilməzdiniz. Bunları
unutmamağınızı xahiş edirəm”
Short URL: http://www.cumhuriyyet.net/?p=9123