Eks prezidenti 10 il həbs gözləyir

Paris Ali məhkəməsi sabiq prezident Nikola Sarkozini vəzifəsindən sui-istifadə etmə və korrupsiyada ittiham edib.
ANS PRESS-in məlumatına görə, ötən gün saxlanılan Sarkozi bu gün
səhərə yaxın vaxtlarda polis bölməsindən birbaşa məhkəməyə göndərilib.
Sarkozi təqsirli bilinərsə, sabiq prezidenti 10 il həbs cəzası gözləyir.
Qeyd edək ki, ötən gün Nikola Sarkozi gizli cinayət işini üzə
çıxartmaqda təqsirli bilinərək saxlanılmışdı. Polisin araşdırmaları
nəticəsində məlum olmuşdu ki, sabiq prezident özü haqqında açılan
cinayət işi ilə bağlı məlumatlar əldə etmək üçün Ali məhkəmənin hakimi
Gilbert Azibertlə telefon danışıqları aparıb. Sarkozinin bu əməli onun
telefon danışıqlarının gizli şəkildə dinlənilməsi zamanı üzə çıxmışdı.
Polis Nikola Sarkozi ilə yanaşı, onun vəkili Tiyeri Herzoq və hakim
Gilbert Aziberti də saxlamışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=9124