Misir Mərdanovu akademiyaya buraxmadılar
“Kimin adamı var, qalxa bilər…”
“Kimin adamı var, qalxa bilər…”
İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. AMEA-nın həqiqi üzvlüyünə
43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb. Səsvermə
nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib. Müxbir üzvləri arasında
ölkə başçısı Ilham Əliyevin baldızı Nərgiz Paşayeva da var. Keçmiş
təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika Institutunun direktoru
Misir Mərdanov da müxbir üzvlüyə namizədliyini irəli sürüb. Lakin seçilə
bilməyib.
“Azadlıq”a daxil olan məlumata görə, Misir Mərdanov 5 səs toplayıb.
Maraqlıdır ki, Misir Mərdanovun iki işçisi Bilal Bilalov və Vaqif
Quliyev müxbir üzvlüyə seçilib. Qeyd edək ki, AMEA-ya Prezident
Administrasiyasının rəhbəri (PA) Ramiz Mehdiyevin təsir imkanları
böyükdür. PA rəhbərilə ilə keçmiş nazir arasında isə münasibətlər
gərgindir. Bəzi iddialara görə, Misir Mərdanovun seçkidə məğlub olması
da məhz Ramiz Mehdiyevin ona mane olması ilə bağlıdır.
Yeri gəlmişkən, məlumatlarda bildirilir ki, Riyaziyyatvə Mexanika
Institutunun direktorları AMEA-nın həqiqi və ya müxbir üzvləri olurlar.
Məlumatlarda o da bildirilir ki, Pedaqoji Universitetinin rektoru Yusif
Məmmədov da seçkidə məğlub olub. Onun deputat Asəf Hacıyevə uduzduğu
bildirilir. AMEA-da keçirilən seçkilərdən narazı qalanlar da var.
Məsələn, AMEA Fizika institutunun alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əsədov. O da müxbir üzvlüyünə öz namizədliyini irəli sürüb, lakin seçilməyib. O, teleqraf.com-a açıqlamasında deyib: “Xaricdə
uğurlarım çoxdur, amma burada elm sahəsində mənə dəstək verəcək kimsəm
yoxdur. Ona görə də təəccüblənmədim. Xaricdən fərqli olaraq bizdə daha
çox elmdə adamı olanlar irəli gedir. Almaniyadan keçən il bura bir nəfər
gəlmişdi. Elm sahəsində hansı kadrları yetişdirib, elm ictimaiyyətinə
məlum deyil, amma onu çağırıb burada akademik seçdilər. Mənim elmi
kadrlarımın sayı isə məlumdur, 20 elmlər namizədi, 3 elmlər doktoru
yetişdirmişəm. Və onlarla fəxr edirəm. Ona görə akademiyanın müxbir üzvü
oldum, ya olmadım fərq etməz, mən elmi fəaliyyətimdəyəm”.
kinci dəfədir müxbir üzvlüyə namizədliyini irəli sürən alim bildirib ki, seçilməməsi onun üçün önəmli deyil: “Kimin
adamı var, nəzərə alınmadan yüksəklərə qalxa bilər, amma bu yol mənlik
deyil. Digərləri üçün bürokratik əngəllər yenə davam edir. Mənə
zamanında yüksək vəzifə təklif olunub, amma razılaşmamışam. Çünki bu
sahədə arxan yoxdursa, apardığın mübarizə faydasız olar, elmi
fəaliyyətin də batar. Akademiyanın müxbir üzvü oldum, ya olmadım fərq
etməz, mən elmi fəaliyyətimdəyəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9125