Təhsil Nazirliyinin Lənkəranda Kollec əməliyyatı

02.07.2014 - 14:53

Təhsil
Nazirliyindən direktora qarşı haqsızlıq

Təhsil
Nazirliyindən direktora qarşı haqsızlıq

Lənkəran Dövlət Humanitar Kollecin sabiq
direktoru, AJB-nin üzvu Şaban Şəfiyev mediaya müraciət ünvanlayıb. Cumhuriyyet.az
ilginc ittihamlar yer alan həmin müraciəti diqqətinizə çatdırır:

“Azərbaycan Respublikası Təhsil Naziri cənab
M.Cabarovun 10 fevral 2014-cü il 11/109 saylı əmri ilə mən Lənkəran Dövlət
Humanitar Kollecinin direktoru vəzifəsindən azad olunmuşam.İşdən çıxarılmaqıma
səbəb Nazirin əmrində  rəhbərlik və
nəzarətin olmaması nəticəsində ayrı-ayrı fənnlər üzrə proqramlar hazırlanıb
təsdiq edilməmiş və qiyabi şöbədə cədvəl üzrə dərslər keçirilməmiş, bəzi
fənnlər ümumiyyətlə tədris olunmamış müəllimlər tərəfindən tələbələrin biliyi
düzgün qiymətləndirilməmiş, Təhsil Nazirliyinin nəzarəti ilə və kollec
tərəfindən keçirilən qiymətləndirmə nəticələri kəskin şəkildə fərqlənmiş, dərsə
davamiyyətlə bağlı və imtahan sessiyası zamanı müəllimlərdən tələbələrə qarşı
hüquqazidd tələblər irəli sürülmüş, pedaqoji təcrübə formal xarakter daşımış,
təhsil sənədlərinin alınması, uçotunun aparılması və paylanmasında muxtəlif
mövzular üzrə keçirilən satınalma prosedurlarında mövcud qanunvericiliyin
tələblərinə riyaət olunmadığına görə mənimlə bağlanmış  əmək müqaviləsinə
xitam verilmişdir.

Əmək
müqaviləsinə xitam verilərkən mən və digər kolleclərin direktorları  nazirliyə, kollegiyaya çağrılmamış heç bir
xəbərdarlıq olunmadan 1 il 6 ay işləmiş direktor işdən azad edilmişdir. Lakin
göstərilən əmr məni işdən çıxarmaq üçün əsas deyildir.Əsas ondan ibarətdir ki,
mən işlədiyim kollektivdə köhnə rəhbərlikdə vəzifədə işləmiş bir neçə adamın
“quyruğunu” basmağımdan irəli gəlmişdir və ona görədə respublikada fəaliyyət
göstərən rəsmi və qeyri rəsmi qəzet.jurnal və intenet saytlarında qərəzçilik
məqsədi ilə məqalələr verilmiş və kobud şəkildə “Nazir kollec direktorunu işdən qovdu” kimi
təhqiredici ifadələr, jurnalistikaya,jurnalistə aid olmayan ifadələr yer
tapmışdır.

3
sentyabr 2012-ci ildə Lənkəran Dövlət Humanitar Kollecinə direktor təyin
olunmuşam.22 il kollecə rəhbərlik etmiş 77 yaşlı Cahangir İbrahimov
vəzifəsindən çıxandan sonra kollektivdə anonim yazışmalar başladı.C.İbrahimov
işlədiyi dövrdə kollec tələbələri korrupsiya idarəsinə şikayət edərək onlara
qarşı qanunazidd hərəkətlərin olması barədə müraciət etdilər.Mən direktor təyin
olunandan sonra kollecin müəllim və tələbələri korrupsiya idarəsi tərəfindən 8
ay istintaqa cəlb edildilər.İşlədiyim 1 il 6 ayın 8 ayını ancaq bu cür işlərə
sərf etmişəm.Sonra da kollektivin içindən respublikanın müxtəlif orqanlarına
anonim məktublar və zənglər edilməyə başlandı.

2012-ci ilin iyun ayında  Lənkəran Dövlət Humanitar Kollecində
rüşvətxorluq faktları aşkar edilib. Baş Prokurorluğun mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, Təhsil Nazirliyinin Lənkəran Dövlət Humanitar
Kollecinin müəllimləri tərəfindən tələbələrdən rüşvət tələb edilməsi barədə
Lənkəran rayon sakininin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş
müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində
araşdırılmışdır.

Müəyyən
edilib ki, kollecin “İbtidai təhsil” fakültəsinin pedaqoji  şöbəsinin
müəllimi Əliyeva Mailə Kazım qızı kollecin digər vəzifəli şəxsləri ilə əlbir
olaraq 4 b qrupunun tələbələrinin hər birindən dövlət imtahanında qiymət
yazılması üçün 150 manat məbləğində pul alıb. Məlumatın araşdırılması ilə
əlaqədar məhkəmənin müvafiq qərarına əsasən, həyata keçirilmiş əməliyyat
tədbirləri zamanı M. Əliyevanın 10 tələbənin hər birindən təkidlə 150 manat
məbləğində pul alması aşkar şəkildə müşahidə edilərək qeydə alınıb. M.Əliyeva
həmin məqsədlə tələbələrdən ümumilikdə 3.530 manat məbləğində pul alıb.

Bundan başqa,
araşdırma zamanı kollecdə tədris proqramlarının əsas etibarı ilə yerinə yetirilmədiyi,
ixtisaslı kadrların hazırlanmasının formal xarakter daşıdığı, keyfiyyətsiz
tədrisin nəticəsi olaraq tələbələrin zəruri biliklərə yiyələnməməsi,
imtahanlarda qiymətləndirmənin meyarı kimi biliyin deyil, pulun və digər
vasitələrin əsas götürülməsi kimi neqativ hallara yol verildiyi aşkar edilib.

Fakta
görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi
başlanmış və aprel ayında yekunlaşmışdır. İstintaq zamanı istintaq-əməliyyat
tədbirləri vasitəsi ilə bütün təqsirli şəxsləri cinayət məsuliyyətinə cəlb
edilmiş, habelə bu kimi cinayətləri doğuran səbəb və şəraitin aradan
qaldırılması üçün zəruri profilaktik tədbirlər həyata keçirilməsi kollec
direktoruna, yəni mənə tapşırılmışdır. Fikir verdiniz ki, ikinci abzasdan yuxarıda yazılan
bütün neqativ hallar eyni ilə mənim əmrimin sürətində də öz əksini tapmışdır və
eyni zamanda məhkəmə qərarından sonar pedaqoji şöbədə baş vermiş neqativ
halların aradan qaldırılması üçün mən 30 sentyabr 2013-cü uldə 131 saylı əmrlə
pedaqoji şöbə müdiri aşağıdakı qaydada işdən azad etdim:
06
iyul 2012-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı mübarizə idarəsi Lənkəran Dövlət Humanitar Kollecin vəzifəli
şəxsləri tərəfindən tələbələrdən semestr və dövlət imtahanından müvəffəq
qiymətlər almaları müqabilində rüşvət kimi pul toplanması faktina gorə
Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə cinayət işi başlamışdır.

Aparılmış
istintaq nəticəsində müəyyən edilmişdir ki. rüşvət alma halları kollecin
pedaqoji şöbəsində baş vermişdir.Pedaqoji şöbə müdiri rüşvət alma hallarını
bilə-bilə heç bir tədbir görməmiş, belə hallara biganə yanaşmış və hətta bu
prosesdə iştirak etmişdir.

Pedaqoji
şöbə müdiri Azərbaycan Respublikasının ƏM-nin 72 maddəsinin “e,ə” bəndlərini iş
zamanı kobud şəkildə pozmuş, öhdəsində olan tapşırıqları icra
etməmiş,səhlənkarlıq etmişdir.Belə ki, şöbəyə rəhbərlik etdiyi zaman şöbə
müdiri tələbələrin dərs məşğələ jurnallarını yoxlamamış,korlanmış səhifələr və
qaraltı salınmış qiymətlər barədə pedaqoji şuraya məlumat verməmiş və bu
məlumatları gizlətmişdir.İşlədiyi dövrdə açıq dərslər və qarşılıqlı dərs
dinləmələri aparmamış, heç bir müəllimə metodik göstəriş verməmişdir.

Azərbaycan
Respublikasının baş prakrorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin
06.04.2013- cü il tarixli 122026118 saylı təqdimatını, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 24.09.2012 tarixli 46-II-7676/18 saylı məktubunu və yoxlama
arayışını, Lənkəran Dövlət Humanitar Kollecin 11.01.2013 – cü il tarixli 66/2
və 11.VI-2013-cü il tarixli 113 saylı əmrlərini və Azərbaycan Respublikasının
əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən kollecin pedaqoji şöbəsinin
müdiri işdə buraxdığı kobud səhflərə görə 30/IX-2013-cü il tarixindən tutduğu
vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam
verilmişdir. (Əsas: LDHK-in həmkərlar təşkilatının 26.09.2013-cü il protokol N
2)

İşdən
azad edildikdən sonra rəsmi və qeyri-rəsmi qəzet və internet saytlarında anonim
məktublar peyda olmağa başladı. Anonimlərə cənab prezidentimiz qadağa qoya-qoya
Təhsil Nazirliyində buna diqqətlə fikir verildi və hətta gələcəkdə yenidən onun
vəzifəyə verilməsinə təkliflər irəli sürüldü.

 İşlədiyim 1 il 6 ay ərzində
müəllim-tələbə münasibətlərinin formalaşmasına və tələbə azadlığına,sərbəstliyinə
nail olmuşam.Fəaliyyətə başladığım dövrdə kollecdə cəmi 4 köhnə kompyuter var
idi.İnternet xətti yox idi.Tələbə oturacağı sınıq-salxaq vəziyyətdə
idi.Divarların suvaqları uçulmuşdu.Elektrik və istilik sistemi yox dərəcəsində
idi.Tələbə-müəllim münaqişələri formalaşmışdı.İşlədiyim dövrdə kollecdə 80-ə
yaxın kompyuter dəsti, 200-ə yaxın tələbə oturacaqları,yazı lövhəsi və
videokamera sistemi quraşdırdım. Akt zalı tamamilə təzələdim, akt zalı 
120 ədəd yumuşaq kreslo ilə təmin etdirdim.Kollec üçün 
www.ldhk.net saytı yaratdım və kollecin son bir ildə gördüyü bütün işlər
öz əksini bu sayıtda tapdı.GOOGLE”da  “Şaban Şəfiyev Lənkəran Dövlət Humanitar Kolleci ” yazmaqla görülən işlərlə tanış ola
bilərsiniz.Kollec tələbələri internet xətti ilə təmin edildi,yeni kitabxana və
arxiv yaradılmışdır.Son dövrdə müxtəlif otaqlar üçün əyani və texniki vasitələr
alındı,tədrisin vəziyyəti yaxşılaşmaqa doğru getməyə başladı.Fənn komissiyaları
yenidən quruldu. Lakin bütün bu işlərlə yanaşı daxildə olan qüvvələr işlərimizə
daim maneçilik torətmiş və yenə də muxtəlif orqanlara eyni zamanda Təhsil
Nazirliyinin özünə anonim məktublar yazmağa davam edirdilər.Nəhayət 21 yanvar
2014-cü ildə kollecdə Təhsil Nazirliyi tərəfindən yoxlama keçirldi. 21 yanvar 2014-cü il tarixində kollecdə keçiriləcək
yoxlama barədə bizim məlumatımız olmasa da rayon ziyalılarının məlumatı
olmuşdur.Bu xəbərin Nazirlikdən kim tərəfindən yayılması barədə heç bir
məlumatım yoxdur. Eyni zamanda onu da deyə bilərəm ki, digər yoxlanılan
kolleclərin də bu haqda xəbərləri qabaqcadan olmuş və onlara yoxlama yaddaşı
verilmişdir.Bizdə olan nöqsanlar digər kolleclərin özlərində də oldu. Nədənsə
mən işdən çıxarıldım digər direktorlara şiddətli tohmət verildi.
21
yanvar 2014-cü il səhər saat 8-də Təhsil Nazirliyinin rəhbərliyi ilə yoxlama
başladı və başlanan kimi bütün otaqlar möhürləndi.Tələbə və müəllimlər təşvişə
düşdü. 60 nəfərə qədər olan bu yoxlama komissiyası kollecə məsləhət vermək üçün
yox, qərəzçilik məqsədini daşımaq üçün gəlmişdi və özünü göstərdi.Eyni zamanda
dövlət sənədi olan jurnallar zəbt olunaraq qırmızı qələmlə bəzəndi.Görəsən
bunlara gələcək yoxlamalarda kim cavab verəcək?! Məktəbşünaslıqda belə
jurnallara kobud münasibət bəsləmək pedaqoqikanı bilməmək deməkdir.İşlədiyim bu
dövrlərdə yoxlamanın bu cür qərəzli aparılmasının heç vaxt şahidi
olmamışam.Yoxlama dövründə tələbələr və müəllimlər əsəbi gərginlik
keçirtdilər.Müəllimlərin şəxsiyyəti təhqir olundu.Məktəbə gələrkən heç bir iclas
keçirilmədən qərəzli yoxlamalar başlandı.

Cənab Prezident İlham Əliyev bu cür
antipedaqoji yoxlamalara qarşı sərt cavab vermişdir. Bu cür yoxlamalar
nazirliyin səviyyəsinə uyğun deyildir.Axı biz pedaqoji kadr hazırlayırıq. Bu
hərəkətlər tələbəyə necə təsir göstərər?! I kurs tələbələrin imtahan zamanı heç
bir sorğu olmadan qiymətləndirilmə aparıldı.1 il 6 ay işləmiş bir direktor 4 tərəfdən
olunmuş hücumlara,atılmış şərlərə məruz qalaraq  və kreslo üçün əldən
getmiş bəzi məmurların davası mənim işdən çıxarılmağımla nəticələndi.
 İşdə nöqsan olar! Lakin verilmiş tövsiyələr bu
nöqsanı düzəldər.İşlədiyim dövrdə mən Təhsil Nazirliyinin heç bir metodik
göstərişini almamışam.Təzə işləmiş direktora bu qədər nöqsanı yükləmək
qərəzçilik deyilmi?
Mən 1 il 6 ay ərzində Lənkəran Dövlət
Humanitar Kollecin müəllim və tələbələri üçün bacardığım bütün işləri
etmişəm.Bunu kollektivdə gördüyüm işləri təsdiq edə bilər.

Çox
hörmətli cənablar! Son dövrdə ölkə mətbuatında mənə və kollektivə qarşı qərəzli
fikirlər yazılır anonimlər çap olunur.İşlədiyim kollektiv bu cür təhqiredici
yazılara layıq deyil.Mən, özüm Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Həsən
bəy Zərdabi adına mükafatın diplomçusu, “Qizil qələm” mükafatının lauratçısı,
“Tarixlə üz-üzə” etnoqrafik kitabın müəllifiyəm.Eyni zamanda 1990-cı ildən
Lənkəran Dövlət Humanitar Kollecində müəllim və sonralar müxtəlif vəzifələrdə
çalışmışam.24 ildir ki, elm və təhsilin inkişafı naminə müxtəlif ideyalar irəli
sürmüşəm.Dəfələrlə Təhsil Nazirliyinin keçirtdiyi elmi-praktik konfranslarda,seminarlarda
elmi-tətqiqat məqalələrim ilə çıxış etmişəm.
 “Lənkəran bölgəsində məktəb və onun inkişaf
tarixi ” mövzüsunda elmi-tədqiqat işi üzərində işləyirəm.Elmi rəhbərim
professor Əjdər Ağayevdir.1993-cü ildən YAP-a xidmət edirəm.

Son dövrdə dövrü mətbuatda Lənkəran Dövlət
Humanitar Kolleci barədə gedən məlumatların təqdimatı zamanı “Azərbaycan
Jurnalistlərinin Peşə davranış Qaydaları”nın tələbləri gözlənilməyib.Belə ki,
direktor müavininin seyfindən güya 200.000 manatın yoxlama zamanı aşkarlanıb götürülməsi
və həmçinin digər neqativ xarakterli məlumatlar  yayımlanarkən bunların nə
dərəcədə konkret dəlil və sübutlara söykəndiyi yoxlanmayıb.Nəticədə kollecin keçmiş
rəhbərliyinin və kollektivin şərəf və ləyaqətinin təhqirinə,işgüzar nüfuzunun
aşağılanmasına cəhdlər göstərilib.
Etik prinsiplərə bu cür
məsuliyyətsiz yanaşmanı “Azərbaycan Jurnalistlərinin Davranışı Qaydaları”nın
“Həqiqətə xidmət,dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.1 bəndinin
“jurnalistikanın ali məqsədi həqqəti yaymaqdır,obyektivlik isə əsas peşəkarlıq
meyarıdır”, 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin
mövqeyinin öyrənib bildirməlidir.Bu mumkun olmadıqda, tənqid obyekti tələb
edərsə,öz fikirlərini çatdırmaqa çox qısa vaxtda ona şərait
yaradılmalıdır.Plüralizm prinsipinə əməl edilməlidir”, “İnformasiya
qaynağlarına sayqılı yanaşma” adlı 2-ci prinsipinin 2.2 bəndinin “qeyri -rəsmi
mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri
yoxlanmadan yayılmamalıdır” , “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın
toxunulmazlıqı” adlı 3-cü prinsipinin 3.2 bəndinin “jurnalıist görüşdüyü,
haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının
toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”, “Jurnalistin özünün və
çalışdığı orqanının reputasiyasının qorunması” adlı 4-cü prinsipinin 4.2
bəndinin “jurnalist redaksiyada çalışdığı vaxtda onun və ya işlədiyi
informasiya orqanının reputasiyasına kölgə salan, obyektivliyinə inamı azaldan
hər hansı başqa işlə məşğul olmaqdan çəkinməlidir”, 4.3 bəndinin “redaksiya
tapşırığı qanunlara və peşə əxlaqına zidd olduqda, jurnalistin həmin
tapşırıqdan imtina  etmək hüuququ var.Redaktə zamanı jurnalistin fikirləri
təhrif olunubsa, o, həmin materilaın öz imzası ilə verilməsindən imtina edə
bilər” tələbələrinin pozulması kimi dəyərləndirilib.

Hörmətli jurnalist həmkərlarım! Sizdən bir
jurnalist həmkar kimi məni və kollektivimi təhqir edəsi yazılar barədə “zakaz
vermiş insanlara” öz qələminizi göstərin.Axı Siz dördüncü hakimiyyətsiniz. Kollektivimə və mənə zərər
gətirə biləcək anonim materialların portallardan silinməsinə və bir daha belə
yazıların işıq üzü görulməməsinə köməklik göstərməyinizi sizdən xahiş edirəm”.

                                                

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9126

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31