Bir qaşıq suda boğulan dünya…
Neft uğrunda savaşları “su müharibələri” əvəz edə bilər
Su
Yer kürəsimdə həyatın olmasına başlıca səbəbdir. Lakin XXI əsrdə dünya
qarşısında dayanan qlobal problemlərdən biri həyat mənbəyinin, yəni su
ehtiyatlarının sürətlə azalmasıdır.
BMT-nin hesabatlarına əsasən, su sərfiyyatı son 100 il ərzində dünya əhalisinin artım sürətini 2 dəfə üstələyib.
Hazırda
planetimizin hər 10-cu sakini, yaxud 780 milyon insan su qıtlığından
əziyyət çəkir. Onların 40%-dən çoxu Afirakanın payına düşür.
2050-ci
ildə Yer kürəsinin əhalisinin 9 milyard nəfərə çatacağını
proqnozlaşdıran BMT suya olan tələbatın da öz növbəsində 70% artacağını
xəbər verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə isə su
mənbələrinin çirklənməsi ucbatından hər il 5 milyon insan dünyasını
dəyişir.
Daha 550 milyon insan isə müxtəlif infeksion xəstəliklərə yoluxur.
Alimlərin
ehtimalına görə, dünyada 1,35-1,41 milyard kubmetr su ehtiyatı
mövcuddur. Bu o deməkdir ki, hər bir insana orta hesabla 200 milyon
kub.kilometr su həcmi düşür. Lakin məsələnin problemli tərəfi ondan
ibarətdir ki, bu su ehtiyatının 96,5%-i duzlu su sayılır.
Daha
1% su ehtiyatları yeraltı duzlu sulara və dağ göllərinin payına düşür.
Ümumi həcmin yalnız 2,5 %-i şirin su ehtiyatlarının payına düşür.
Şirin
su ehtiyatları ölkələrdən və regionlardan asılı olaraq qeyri-bərabər
yerləşib. Belə ki, ABŞ, Kanada, Rusiya, İslandiya kimi ölkələrdə, yəni
şimal qütbünə yaxın regionlarda bu baxımdan kifayət qədər ehtiyatlar
mövcuddur. Çünki belə ölkələrdə dağ çayları və şirin su hövzələri çoxluq
təşkil edir.
Afrika,
Mərkəzi Asiya, Cənubi Amerika və Yaxın Şərq regionunda isə bu baxımdan
ciddi sıxıntılar yaşanır. Əsasən, səhra və yarımsəhralardan ibarət
Səudiyyə Ərəbistanı, Qətər və Küveyt və s. Yaxın Şərq ölkələri isə
içməli suya olan tələbatını ödəmək üçün xarici ölkələrdən pul
qarşılığında su alırlar.
Neft ixracından yüksək gəlir əldə etdikləri üçün bu ölkələr su satın almqda problem yaşamırlar.
Dünyanın ən çox şirin su ehtiyarlarına malik ölkələri aşağıdakılardır:
Braziliya (8 milyon 233 min kub kilometr)
Rusiya (4 milyon 508 min kub kilometr)
ABŞ (3 milyon 51 min kub kilometr)
Kanada (2 milyon 902 min kub kilometr)
İndoneziya (2 milyon 838 min kub kilometr)
Çin (2 milyon 830 min kub kilometr)
Kolumbiya (2 milyon 132 min kub kilometr)
Peru (1 milyon 913 min kub kilometr)
Hindistan (1milyon 880 min kilometr)
Konqo (1 milyon 283 min kub kilometr)
Eyni
zamanda adambaşına düşən içməli su ehtiyatının azlığına görə sıralamada
Küveyt (6,85 kub metr), Birləşmiş Ərəb Əmirlikləri (33,44 kub metr),
Qətər (45,28 kub metr), Baham adaları (59,17 kub metr), Oman (91,63 kub
metr) və Səudiyyə Ərəbistanı (95,23 kub metr) qərarlaşıb.
Bəzi ekspertlərin fikrincə, gələcəkdə dünyada su qıtlığı səbəbindən müharibələr də baş verə bilər.
Xüsusən,
bir neçə ölkənin ərazisindən keçən çaylar buna səbəb ola bilər.
Məsələn, Rusiyada Ob çayının ən böyük qolu olan İrtış çayı mənbəyini
Çin-Monqolustan sərhəddindən götürür. 500 kilometr boyunca Çin, 1800
kilometr boyunca isə Qazaxıstanda axan çay sonradan Rusiya ərazisndə
daxil olur və Ob çayı ilə qovuşur. Beynəlxalq razılığa əsasən, hər bir
ölkə mənbəyi öz ərazisində başlayan çayın su sərfiyyatının yarısına
sahib ola bilər. Çayın axdığı ikinci ölkə isə ərazisndə daxil olan suyun
yarısına sahiblənir.
Beləliklə,
üçüncü ölkə çayın yalınz dörddə birini əldə edir. Bu prinsiplə su
ehtiyatlarını müəyyən edən Çin və Qazaxıstan İrtışın Rusiyaya azsulu
gəlməsinə səbəb olublar. Eyni problem Türkiyə və Suriya arasında Dəclə
və Fərat çaylarının istifadəsi ilə də bağlıdır.
Türkiyənin
ərazisində formalaşan çayların üzərində su anbarları tikməsi İraq və
Suriyada su çatışmazlığı və bəzi ərazilərin səhralaşmasına səbəb olub.
Azərbaycan da su qıtlığı yaşayan ölkələr sırasındadır. Cənubi Qafqazdakı ümumi su balansının yalnız 10%-i ölkəmizdə yerləşir.
Azərbaycanın
ümumi su ehtiyarları 35 milyard kub metr təşkil edir. Lakin həm
əhalinin içməli su ehtiyatı ilə təmin olunması, həm də kənd təsərrüfatı
və sənaye məqsədilə sudan istifadə müəyyən su çatışmazlığı problemini
aktual edib.
Bundan
əlavə, torpaqlarımızın 20%-nin Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğal olunması nəticəsində mənbəyini Kiçik Qafqaz dağlarından götürən
bir neçə bolsulu çay düşmənin nəzarəti altında respublikamızın ərazisinə
daxil olur.
Mənbəyini
Kəlbəcər rayonu ərazisindəki dağlardan götürən 200 kilometr
uzunluğundakı Tərtər çayı buna nümunədir. Çayın üzərində sovet dövründə
tikilmiş su anbarları da hərbi əməliyyatlar nəticəsində düşmən
nəzarətində qalıb.
Buna baxmayaraq, geoloji araşdırmalar Azərbaycanda kifayət qədər yeraltı su ehtiyarlarının olmasından xəbər verir.
gundemshok.az
Short URL: http://www.cumhuriyyet.net/?p=9130