Mikayıl Cabbarovun "təhsil islahatlarının" acı nəticələri
Azərbaycan təhsilinin real vəziyyəti – faktların üzü soyuq olur

Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da təkrar və eksternat
qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş
buraxılış imtahanlarının statistik nəticələrini və şagirdlərin aldıqları
qiymətləri açıqlayıb.
TQDK-nın
mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 29-da XI sinif
şagirdlər üçün keçirilmiş buraxılış imtahanında Ana dili və Riyaziyyat
fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün
cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.
Buraxılış imtahanında 1569 IX sinif şagirdi iştirak edib. Onlardan 54-ü
“Ana dili”, 62-si isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb.
Şagirdlərin 145-nin “Ana dili”, 133-nün “Riyaziyyat” fənnindən qiyməti
“4”, 678-nin “Ana dili”, 616-nın “Riyaziyyat” fənnindən qiyməti “3”,
692-nin “Ana dili”, 758-nin isə “Riyaziyyat” fənnindən qiyməti “2” olub.
İyunun 29-da 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın
nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 2689 XI
sinif şagirdi iştirak edib. Onlardan 13-ü “Ana dili”, 31-i “Riyaziyyat”
fənnindən “5”, 112-si “Ana dili”, 106-sı “Riyaziyyat” fənnindən “4”,
965-i “Ana dili”, 896-sı “Riyaziyyat” fənnindən “3”, 1599-u “Ana dili”,
1656-sı isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb. Qeyd edək ki, TQDK
iyunun 29-da Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki,
Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz
şəhərlərində yaradılmış imtahan mərkəzlərində təkrar və eksternat
qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış
imtahanları keçirib. Həmin imtahanların nəticələri iyun ayının 30-da
saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.
İmtahanlarda iştirak etmiş şagirdlər Komissiyanın internet saytı
vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik
təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında
məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə
göndərməklə öyrənə bilərlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=9136