Ermənilər torpaqları qaytarmayacaq
Ermənilər 3 rayon iddiasını təkzib etdi
Bir neçə gün öncə azərbaycanlı hərbi ekspert Üzeyir
Cəfərov ölkə mətbuatına səs alan açıqlama ilə çıxış etdi. Keçmiş hərbçi
Ermənistan Silahllı Qüvvələrinin Ağdam, Cəbrayıl və Füzuli
rayonlarından geri çəkiləcəyi ilə bağlı açıqlama verdi: “Təbii ki, bu,
hələlik iddia olaraq qalır, ancaq alınan xəbərə görə, Ermənistan bu
haqda öz razılığını verib. Bu razılığın alınmasında Rusiyanın böyük rolu
olduğu bildirilir. İndi rəsmi Bakının “bu oyuna” başlayacağı hələ sual
altındadır, çünki Rusiyanın məqsədi öz sülhməramlı qüvvələrini 2015-ci
ildə Azərbaycana yerləşdirməkdir, bu isə müstəqilliyin itirilməsinə
doğru gedən addımdır. Sızan məlumata görə, digər işğal edilən rayonların
qaytarılması məsələsi sülməramlı qüvvələrin gəlişindən sonra baş tuta
bilər”.
İddiaların nə dərəcdə doğru
olub-olmadığını müəyyən etmək üçünmodern.azsaytı erməni mətbuatını bir
neçə gün ərzində izləyib. Düşmən ölkənin jurnalistləri xəbəri
Azərbaycanın növbəti yalanı kimi dəyərləndirirlər. Ayrı-ayrı yazılarında
onlar Üzeyir Cəfərovun açıqlamasını “nağıl” adlandıraraq “arzuların
gerçəklik kimi” qələmə verilməsi sayırlar. Onların fikrincə, Dağlıq
Qarabağ ətrafında yerləşən rayonların, o cümlədən Ağdam, Cəbrayıl və
Fizulinin azad olunması Dağlıq Qarabağın statusunun müəyyən olunması ilə
birbaşa əlaqəlidir. Ona görə də hər hansı iqtisadi maraqlar
müqaviblində Azərbaycana qaytarıla bilməz. Bundan başqa, erməni
jurnalistlər Üzeyir Cəfərova regiona sülhməramlı qüvvələrin
yerləşdirilməsi üçün bütün tərəflərin razılığının olmasının vacibliyini
xatırladıblar. Sonda erməni jurnalistlər Ağdam, Füzuli və Cəbrayıl
rayonlarının Dağlıq Qarabağın müdafiə sistemində önəmli vasitə olduğunu
vurğulayaraq ərazinin boşaldılacağı təqdirdə bu sistemin çökəcəyini qeyd
ediblər. Onların fikrincə, Ermənistan rəhbərliyi heç bir halda bu
addımı atmaqda maraqlı ola bilməz.
Qeyd edək ki, Ermənistan rəsmiləri bu iddia ilə bağlı hələ ki heç bir açıqlama ilə çıxış etməyiblər. (modern.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=9137