Bu günün hava proqnozu

03.07.2014 - 00:12

Cumhuriyyet.az azərtac-a istinadən iyulun 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir:
 
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Temperatur gecə 20-24В°, gündüz 29-34В° isti, Bakıda gecə 21-23В°, gündüz 31-33В° isti olacaqdır.
Atmosfer
təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi
rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcəkdir.
Dəniz suyunun
temperaturu Abşeron çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 22-23В° , Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada
23-24В°, Türkan, Hövsan, Şıx və Sahildə 24-25В° isti təşkil edəcəkdir.
 
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 18-23В°, gündüz 32-37В° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 10-15В°, gündüz 20-25В° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 18-23В°, gündüz 28-33В° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında

əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 16-21В°, gündüz 25-30В° isti olacağı gözlənilir.
 
Mərkəzi
Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 20-24В°, gündüz 32-37В° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 21-23В°, gündüz 32-37В° isti, dağlarda gecə 15-19В°, gündüz 20-25В° isti olacağı gözlənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9139

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31