Ordu üçün yığılan pullar dövriyyəyə buraxılır?

il hərbi büdcəsini artırır və bunu fəxrlə deyir, digər tərəfdən isə
insanlardan bir çox hallarda məcburi şəkildə pul yığır
Nazirliyinin açıqlamasında 2014-ci il iyul 1-dək Silahlı Qüvvələrə
Yardım Fondunun hesabına 55 616 001 manat, 211 791 ABŞ dolları, 593 avro
pul daxil olduğu bildirilir. Fonda yığılan vəsaitin hazırki məbləği ötən ayla müqayisədə təxminən 902117 manat artıb.
Yardım
Fonduna yığılan vəsait barədə MN tərəfindən mütəmadi məlumat yayılır.
Ancaq bu vəsaitin hansı ehtiyaclara xərclənməsi barədə isə məlumat
yoxdur. REAL Hərəkatının İdarə Heyətinin üzvü Cəsur Sümərinli
Silahlı Qüvvələrə Yardım Fondunun mövcudluğunu hökumətin hərbi
siyasətindəki ziddiyyət kimi qiymətləndirir. Onun fikrincə, hökumət hər
il hərbi büdcəsini artırır və bunu fəxrlə deyir, digər tərəfdən isə
insanlardan bir çox hallarda məcburi şəkildə pul yığır:
“Vətəndaşların
maaşlarından çox vaxt məcburi halda pul çıxırlar. Bu hallar daha çox
Neft Şirkətinin işçiləri ilə baş verirdi, hər ay onların məvaciblərindən
pul çıxırdılar. Bu da ciddi etirazlarla qarşılanırdı və artıq bir neçə
ildir ki, bu proses dayandırılıb. Digər problemli məsələ isə Fonda
köçürülən iri məbləğdə pulların mənbəyi ilə bağlıdır, onların hardan
daxil olması gizli saxlanılır. Belə məlumatlar var ki, Fonda çirkli
pullar cəlb edilir. Bəzən yüksək vəzifəli şəxslər Silahlı Qüvvələrə
kütləvi yardım edirlər. Bir sözlə, bu Fond həm məcburi şəkildə
toplanılan, həm də qaranlıq vəsaitlərin mənbəyi kimi qəbul edilir”.
Fonda yığılan vəsaitin xərclənməsinə gəlincə, Cəsur Sümərinli bildirdi
ki, indiyə qədər Fonddakı vəsaitdən istifadə olunmayıb və hətta belə
şayiələr də var ki, bəzi şəxslər həmin vəsaiti sadəcə dövriyyəyə
buraxıblar: “Fondun vəsaitinin necə idarə olunması barədə heç bir
hesabat verilmir. Məlumat ancaq vəsaitin toplanılması barədədir.
Reallıqda həmin vəsaitlə hansı əməliyyatların aparılması barədə
ictimaiyyətə heç bir məlumat verilmir. Dörd milyard manatlıq hərbi
büdcəmiz olduğu halda neçə milyonluq Yardım Fondunun saxlanılması
mənasız bir işdir”.
İndiki
formatda bu Fondu çox mənasız bir qurum hesab edən ekspert bildirdi ki,
əslində bu iş başqa cür təşkil olunmalı idı: “Peşəkar silahlı qüvvələrə
keçid prosesində xidmət göstərmək istəməyən vətəndaşların ödəyəcəkləri
rəsmi vəsaitlər hesabına yaradılmalı idi. Hesab edirəm ki, bu Fond
ümumiyyətlə ləğv olunmalıdır və yeni bir statusda yaradılmalıdır. Biz
REAL Hərəkatı olaraq təklif edirik ki, müqaviləli ordu sisteminə keçmək
lazımdır. İlk öncə ordu 50%-50% nisbətində təşkil olunmalıdır. Yəni ordu
yarımüqaviləli, yarımükəlləfiyyətli – hərbi çağırış yaşına çatmış
vətəndaşlardan ibarət olmalıdır. Bu halda orduda qulluq etmək istəməyən
insanlar müəyyən ödəmə ilə silahlı qüvvələrin inkişafına yardım
göstərməlidilər”.
Qeyd
edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum prezident Heydər
Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin
sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində
fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan
vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar
hesabına formalaşır.
Silahlı
Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı
Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı
məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların
istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və
konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş
sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının
artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə
yönəldilə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=9142