İŞİD rus raketləri ilə döyüşür
“İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının Suriyanın Rəqqa
şəhərində nümayiş etdirdiyi “Scud” tipli ballistik raketin Rusiya
istehsalı olduğu ortaya çıxıb.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkəyə düşən şəkillərdə
ballistik raketin sovet və ya Rusiya istehsalı R-17 olduğu müəyyən
edilib. Raket yük maşınının üzərində olub və buraxılış qurğusu olmadan
nümayiş etdirilib. İŞİD-ə yaxın mənbələr raketin maket yox, həqiqi
olduğunu vurğulayırlar.
Amerika ekspertləri raketin Suriyada düzəldilə bildiyini də ehtimal
edirlər. Çünki İraq öz raketlərini on il qabaq BMT müşahidəçilərinin
nəzarəti altında ləğv edib. Buna görə də ABŞ-da düşünürlər ki, raket
təhlükəsizdir.
Ballistik raketlə yanaşı İŞİD hərbçiləri zirehli transportyorlar,
“Hummer” hərbi avtomobilləri, toplar və başqa texnika nümayiş
etdiriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=9143