Gəncənin polis rəisinə bayram "sürprizi"

03.07.2014 - 02:44
Faiq Şabanova niyə general rütbəsi verilmədi?

Xəbər verildiyi kimi, iyulun 1-də prezident İlham Əliyev
Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi
haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, polis general-mayoru Fazil Quliyevə polis
general-leytenantı, polis polkovnikləri Şərif Əsədullayev və Fəxrəddin
Pənahova polis general-mayoru rütbələri verilib. Şərif Əsədullayev DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisidir.

Son təltiflə bağlı azpolitika.info-ya daxil olan məlumata görə, Prezident İlham
Əliyevə 2 iyul Polis Günü münasibətilə daha bir polkovnikə general-mayor
rütbəsinin verilməsi barədə təqdimat olub. Belə ki, Gəncə Şəhər Polis
İdarəsinin rəisi Faiq Şabanova da general-mayor rütbəsinin veriləcəyi
gözlənilirmiş. Lakin bəlli olmayan səbəblərdən Prezident Faiq
Şabanovun adını siyahıdan silib və cəmi iki polkovnikə – Şərif
Əsədullayev və Fəxrəddin Pənahova general rütbəsinin verilməsi barədə
sərəncam imzalayıb.

Xatırladaq ki, Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər
nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub. Bundan
əvvəl o, Xəzər Rayon Polis İdarəsinə rəhbərlik edirdi.

Ölkənin ikinci böyük şəhəri olan Gəncənin Polis İdarəsinə
rəhbərlik edən Faiq Şabanova general rütbəsinin verilməməsi
düşündürücüdür. Bizə verilən məlumata görə, DİN sistemində
F.Şabanova general rütbəsinin verilməsinə artıq həll olunmuş məsələ kimi
baxılırmış. Gəncənin polis rəisinin özü də generalların sırasına
qoşulmaq üçün Prezidentin sərəncamını səbirsizliklə gözləyirmiş.
İstisna deyil ki, son anda hansısa qüdrətli çevrə Faiq Şabanovun adını
sərəncamdan çıxarmağa nail olub. Bu məsələdə Gəncənin İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyevin rolunun olub-olmadığı isə
bilinmir…

Short URL: http://www.cumhuriyyet.net/?p=9147

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31