Neftçala icra başçısının başı dərddə
“Kapitalbank”ın Neftçala rayon şöbəsinin müdiri Telman Qorçiyev rayon
icra başçısı İsmayıl Vəliyevi və rayon Maliyyə İdarəsinin müdiri Rəşid
Manafovu təhdid edib
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin arasında
ciddi qalmaqal yaranıb. Bununla bağlı cumhuriyyet.az-a Neftçaladan daxil olan məlumata görə,
“Kapitalbank”ın Neftçala rayon şöbəsinin müdiri Telman Qorçiyev rayon
icra başçısı İsmayıl Vəliyevi və rayon Maliyyə İdarəsinin müdiri Rəşid
Manafovu təhdid edib. Məmurların arasında problem rayona ayrılan
pulların, həmçinin tenderlərdə qalib gələn MMC-lərə pul köçürülməsi ilə
bağlı olub.
Ayrılan
vəsaitlərdən özünə pay tələb edən Telman Qorçiyev əks təqdirdə abadlıq
işləri üçün köçürülən pulların bank əməliyyatlarını və MMC-lərə ayrılan
vəsaitlərin hansı yolla mənimsənildiyi barədə məlumatları yayacağı ilə
bağlı icra başçısını və maliyyə idarəsinin müdirini təhdid etdiyi
bildirilir. Hətta münaqişə o hətta çatıb ki, Telman Qorçiyev Rəşid
Manafovun bacısı oğlunun bankdakı işinə son qoyub. Məlumata əsasən, bir
zamanlar Rəşid Manafovun hamiliyi ilə “Kapitalbank”ın Neftçala rayon
şöbəsinin müdiri olan Telman Qorçiyevin indiki fəaliyyətinin arxasında
da özəl səbəblər gizlənir: “Bank müdiri artıq özünə daha güclü dayaq
tapıb. O, Milli Məslisin sədr müavini Valeh Əsgərovla yaxın əlaqələr
qurmaqla, rayonda cəsarətli mövqe göstərməyə başlayıb”. Sayta Neftçalada
yaranmış qarşıdurma ilə bağlı digər maraqlı məlumatlar da daxil olub.
Həm bu, həm də Telman Qorçiyevin bankda olan 17 minlik yeyintinin üstünü
necə ört-basdır etməsi, buna görə kimləri qurban verməsi,
“Kapitalbank”ın Neftçalada aidit aparan Mübariz adlı nümayəndəsi ilə
hansı yöndə danışıqlar aparılması, həmçinin bank müdiriylə Valeh
Əsgərovun tanışlığının necə yaranması və nəyə “söykənməsi” haqda
olaylara qarşı tərəfdən münasibət öyrənmək hələlik mümkün olmadığından
yazmadıq. Bu və ya digər məlumatlarla bağlı qarşı tərəfin mövqeyini
dinləməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=9148