Metro terorundan 20 il ötür

03.07.2014 - 07:24

Hadisə nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb
 
1994-cü il iyulun 3-də erməni terrorizmi Azərbaycana qarşı növbəti
cinayətini həyata keçirib. Bakı metrosunun “28 May” və “Gənclik”
stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər
həlak olub, 42 nəfər yaralanıb. Terror aktını törədməktə şübhəli bilinən
Azərbaycan vətəndaşı Azər Aslanov Moskva şəhərində həbs olunub və
Azərbaycana ekstradisiya edilib. 1998-ci ildə A.Aslanov öz ifadələrində
bildirib ki o, Bakı metropolitenində teror aktı törətmək göstərişini
erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb.
Məhkəmənin hökmü ilə Azər Aslanova ömürlük həbs cəzası verilib.
İstintaq nəticəsində müəyyən edilib ki, 1994 cü il yanvarın 13-də
Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov Ermənistanda olarkən
erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Belə ki, onu
azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova
ermənilər tərəfindən İrəvana dəvət olunur, Azər Aslanova isə anasının
qirov olduğunu və onun azad olunması üçün Aslanovun Bakı
metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra
3 iyul 1994 cü ildə, İrəvan-Mineralniye Vodi- Bakı marşrutu ilə
A.Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta
sənədlərlə Azərbaycana qəlir, terror aktını törədir və Ermənistana
qayıdır, yalnız bundan sonra onun qirovluqda saxlanan anası azad edilir
və onlar Ermənistanı tərk edirlər.
Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının
əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan
olublar. A.Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori
Balayana qarşı cinayət işi açılıb, 1999-cu ildə Azərbaycanın Baş
Prokurorluğunun təqdimatı əsasında Z.Balayan İnterpolun xətti ilə
beynəlxalq axtarışa, sonra isə, MDB dövlətlərində beynəlxalq axtarışa
verilib. 2001-ci ildə erməni tərəfinin müraciəti əsasında İnterpol
Z.Balayanı axtarışda olan şəxslər siyahısından çıxarıb.
Xatırlaaq ki, bundan bir qədər öncə (19 mart 1994) Bakı metrosunun “20
Yanvar” stansiyasında baş verən partlayış nəticəsində 14 nəfər həlak
olmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=9150

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31