Sarkisyan Qarabağı verməkdən imtina etdi?

03.07.2014 - 10:56

Sarkisyan yenə pərt oldu

 

“Mən xahiş edirəm ki…”.

Ermənistanın
bu ilin mayında Astanada Rusiya, Qazaxıstan və Belarus tərəfindən təsis
olunan Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqavilə oktyabrda
imzalana bilər. 

Cumhuriyyet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Erlan İdrisov bəyan edib.

“Müvafiq sənədlərin imzalanması çox güman
ki, oktyabrda Minskdə Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin
dövlət başçılarının növbəti görüşündə baş tutacaq” – deyə İdrisov
bildirib.

Bundan əvvəl Ermənistanın “Putin ittifaqı”,
yaxud “yeni SSRİ” kimi tanınan Avrasiya İqtisadi İttifaqına iyulun 2-də
qoşulacağı elan edilmişdi. Astanada Serj Sarkisyan xahiş etmişdi ki,
onun ölkəsinin ittifaqa daxil olacağı tarix dəqiqləşsin və rəsmən elan
edilsin.

“Mən xahiş edirəm ki, iyulun 2-nin
Ermənistanın Avrasiya İttifaqına üzv olacağı gün kimi rəsmən elan
edilməsi baş versin” – deyə Sarkisyan bildirmişdi.

Rusiya prezidenti Vladimir Putin də Ermənistanın ittifaqa üzvlüyünün tezliklə baş verəcəyinə ümid etdiyini vurğulamışdı.

Lakin Qazaxıstan prezidenti Nursultan
Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubu barədə məlumat
verərək Ermənistanın indiki sərhədləri daxilində ittifaqa üzvlüyünün
mümkün olduğunu xatırlatmışdı.

Bu bəyanat Ermənistanda ciddi narazılığa və
Sarkisyana qarşı güclü tənqidlərə səbəb oldu. Daha sonra Sarkisyan
bildirdi ki, Ermənistan Dağlıq Qarabağı öz ərazisi kimi tanımadığı üçün
Avrasiya İttifaqına üzvlük də indiki sərhədlər çərçivəsində baş verəcək.

Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün
nəzərdə tutulan vaxtda baş tutmamasının və bu işin payıza təxirə
salınmasının səbəbləri məlum deyil. Ermənistanın keçmiş xarici işlər
naziri Aleksandr Arzumanyan bildirib ki, hakimiyyət özü də bunun
səbəbini bilmir.

“Təəssüf ki, xarici işlər nazirinin müavini
Şavarş Köçəryanın bəyanatlarına əsasən nəticə çıxarmaq mümkün deyil.
Çünki onun bəyanatları bir-birinə zidd olur” – deyə A.Arzumanyan
İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

A.Arzumanyan əlavə edib ki, əslində o,
Köçəryana həsəd aparmır. Çünki o, Ermənistanın Avrasiya İttifaqına
üzvlüyü ilə bağlı hər dəfə vəziyyətdən çıxmaq üçün bəhanə uydurmalıdır.

“Bu ondan xəbər verir ki, hakimiyyətdə
Ermənistanın üzvlüyünün yubanmasının səbəbləri və bu ittifaqa hansı
müddət sonra üzv olacağı barədə heç kim məlumatlı deyil. Aydındır ki,
ittifaqın üç üzvü arasında bu məsələdə ziddiyyətlər var və onu həll
etmək lazımdır” – deyə keçmiş nazir bildirib

Short URL: http://www.cumhuriyyet.net/?p=9158

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31