Kreml Azərbaycanın başını nağıllarla aldadır

03.07.2014 - 11:31

Azərbaycanlılar 3 aya Göyçəni tutacaq və forel balığının dadına baxacaqlar

Azərbaycanlılar 3 aya Göyçəni tutacaq və forel balığının dadına baxacaqlar

 

(Yazının müəllifi Rusiyanın Ermənistandakı keçmiş səfiri Vladimir Stupişindir)

 

Mənim Ermənistandakı missiyam. 1992-1994-cü illər. Rusiyanın ilk səfirinin xatirələri. Nəşriyyat Academia, Moskva, 2001.

 

“Krasnoselsk şəhəri sərhəddən 4-5 metr uzaqlıqda yerləşir.  Dağda
oturmuş tuşlayıcılar tərəfindən düşmən atəşinin qarşısı alınır. 
Vəziyyətlə  yerində tanış olmaq üçün oraya uçmaq lazımdır. Müdafiə
nazirinin müavini Norat Qriqoryeviç Ter-Qriqoryantsın əmri ilə raketlə
silahlanmış Mİ-8 hərbi vertolyotu mənim öhdəliyimə verildi.

Biz oraya birbaşa uçmadıq. Hərbi qərargah atəşin dayanmasını
gözləyirdi. Krasnoselsk şəhəri və ətraf kəndlərində qrad atılır,
toplardan və tankdan atəş açılırdı. Çörəkxana, su maşını,
elektrostansiya partladılmışdı, xəstəxana, raysovet, yaşayış evləri,
küçələr və insanlar atəşə tutulurdu. Şəhərdə heç bir hərbi baza olmasa
da, hər şey nişana alınırdı.

İlk növbədə qadın və uşaqları qorxudub şəhəri tərk etməyə vadar etmək
üçün atəş açılırdı.  Azərilər  Sevana (Göyçə) çıxmaq istəyirdi.
Onların başçısı belə bir əmr vermişdi. Elçibəy hakimiyyətə gəldiyi vaxt 3
ay müddətində Sevan gölünün ətrafında oturaraq göldən tutulmuş forel
balığının dadına baxmağı özünə söz veribmiş. Alınmadı, lakin o öz
məqsədindən də geri dönmədi. Onun üçün əsas məqsəd, əlbəttə ki, forel
balığı deyildi. Məqsəd Ermənistan torpağında sərhədlə Sevan arasında
nazik xətt kəsmək, Zəngəzura şimaldan təhlükə yaratmaq idi. Krasnoselsk
kəndinə atəş açmağa 1992-ci ilin aprel ayından başlayıblar. Sonradan
yayda atışmanı bərpa elədilər. Dekabrda isə atışmaların növbəti
mərhələsi başlandı. Mənim gəlişimdən  bir gün əvvəl atəş səslər daha çox
eşidilirdi.

Əlli nəfər həlak olmuş, yüz nəfər yaralanmışdı. Ermənilər müdafiə
olunmağa başlamışdılar. Dini qadağalara baxmayaraq, hətta dinc
malakanlar da  müharibəyə getməyə hazır idi. Təcavüzçünün həyasızlığı
hiddət doğurur və mən bu  hadisələri televiziya kanalları qarşısında
gizlətmirdim, söyləyirdim. Ona görə gizlətmirdim ki, “Vesti” (Rusiyada
xəbərlər proqramı) rus televiziya izləyicilərinə bu xəbəri çatdırsın.

Və onlar bunu  dekabrın 31-də etdilər, məni xarabalıqda, qadın və
uşaqları zirzəmidə, təzə ölüləri meyitxanada belə bir başlıq altında
göstərdilər: “Bura hərbi baza yox, yaşayış yeridir”. Azərbaycan tərəfi
həqiqət, ədalət, insanın yaşaya biləcəyi hər bir bəsit şeyə qarşı
antimilli müharibə aparırdı. Yanvarın 1-i “Ostankino” (Rusiyanın birinci
kanalı) bu süjeti bir daha təkrar göstərdi. Kadrlarda bizə necə güllə
atdıqları düşməmişdi. Şəhərin içində maşında bombardman edilmiş
ərazilərə baxarkən bizim maşının arxasında çox güclü səslər eşidilməyə
başlandı. Raysovetdə mer Zare Sarkisyan və yerli əhali ilə söhbət
edərkən gurultu səsləri getdikcə artmağa başlayırdı. Daha təcrübəli olan
Kolya Kalinkin taleyimizlə oynamamağı və zirzəmiyə getməyi təklif etdi.
Orada məni keşişin başçılığı altında malakanlar, erməni qadınları,
uşaqları və kişiləri əhatə elədi. Hansısa manqa yaxınlaşaraq hərbi
sursatlarının bitməsi və necə müdafiə olunacaqları barədə qışqırırdı.
Qadınlar ağlayaraq eyni şeyi deyirdilər: “Rusiya haraya baxır, nəyə görə
kömək etmir?”. Mən onlara nə vəd edə bilərdim? Yalnız bir şey: rus
rəhbərliyinə gördüklərim və eşitdiklərim haqda mütləq xəbər verəcəm.
“Ermənistanın Səsi” müxbirinə dedim: 

– Başqalarının həyatını qurban vermək, qadın və uşaqları zirzəmiyə
qovmaq, vətəndaş obyektlərini dağıtmaq, onları susuz, işıqsız, çörəksiz
qoymaq kimi bir ideya yoxdur.  Yox, əgər belə bir ideya varsa, o zaman
bu cinayətkar ideyasıdır.

– Sizin səfəriniz Moskvada narazılıq yaratmır ki? 

– Qoy məni çağırsınlar. Onlara hər şeyi danışacam…

Getdikcə hava qaralırdı. Vaxt limiti bitmək üzrə idi. Biz ilişib
qalmaq “şansı” əldə edə bilərdik. Buna görə, iki ağır yaralını özümüzlə
götürməklə geri qayıtmaq qərarına gəldik. Yaralının birini apara
bilmədik. Yerevana enməyimizə 5 dəqiqə qalmış o, vəfat etdi. O, həmin
gün üçün 12-ci qurban idi. 

Aviasiyanın köməkliyi ilə Azərbaycanın motoatıcı bölməsi Krasnoselsk
şəhərinin ərazisinə daxil oldu, Vahan kəndini dağıtdı, yerli əhalini
qətlə yetirdi. Ermənistanın Daxili İşlər Nazirliyi etiraz edərək
Azərbaycanın təxribatından nəinki ermənilərin, hətta hər iki ölkə
sərhədində yaşayan rusların da əziyyət çəkməsini bildirdi. Azərbaycan
Respublikasının Gədəbəy rayonunun Novo-İvanovka və Novo-Saratovka
malakan kəndləri yaxınlığında, yayda azərbaycanlılar tərəfindən zəbt
olunmuş Ermənistan anklavı olan Artsvaşen yerləşirdi. Həmin malakanların
yaşadığı yerə Elçibəy təxribatçıları uzaqvuran silah, minomyot
yerləşdirdilər və oradan birbaşa Krasnoselsk rayonunun yaşayış
məskənlərinə atəş açmağa başladılar. Hesab aydın idi: rus kəndlərinə
görə ermənilər cavab atəşi açmağa çəkinirdi. Ermənilər, həqiqətən də,
atəş açmağa ehtiyat edirdilər, ona görə də, onlar səfirlik vasitəsilə
rus hökümətinə müraciət edərək “Azərbaycan tərəfdən təxribatçı
hərəkətlərin qarşısını almaq üçün fövqəladə ölçü götürməyi xahiş
edirdi”. Mən bu müraciəti dekabrın 25-də aldım və Təhlükəsizlik Şurası,
Ali Şura, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinə ünvanlayaraq
məlumatı Moskvaya ötürdüm.(publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=9162

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31