Zaminbankın fililal rəhbərinə siyasi xəyanət ittihamı

03.07.2014 - 13:48

Zülfüqarlı qardaşlarının maliyyə işləri ilə
məşğul olan bank rəhbəri kimdir?


 

Son
vaxtlar ölkənin bank sektoru ilə bağlı qalmaqallar intensiv xarakter alır, bank
rəhbərliyində təmsil olunan şəxslərin həbs xəbəri yayılır. Son olaraq belə bir
məlumat “Zaminbank” ASC-nin Xırdalan filialı ilə bağlı yayıldı. Baş
Prokurorluqdan verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətindən daxil olmuş
material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
araşdırılıb. Araşdırma zamanı “Zaminbank” ASC-nin Xırdalan filialının vəzifəli
şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhərində əmək
fəaliyyəti ilə məşğul olan Türkiyə Respublikası vətəndaşlarına guya onların
cari hesablarında Azərbaycan Respublikası ərazisində əcnəbilərə müvəqqəti
yaşamaq üçün icazənin verilməsindən ötrü nəzərdə tutulan 100 min manat
məbləğində pul vəsaitinin olması barədə saxta arayışlar vermələrində şübhələr
üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Amma
daxil olan məlumata Zaminbankla bağlı məsələ bununla yekunlaşmır. Əslində
Xırdalan filialında başlanan araşdırma böyük bir əməliyyatın tərkib hissəsidir.
Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran məlumata görə Zaminbank
fililallarının Türkiyə əlaqələrində elə siyasi məqamlar üzə çıxıb ki,  bu birbaşa “yuxarıların” qəzəbinə səbəb olub. Belə
ki, aparılan gizli araşdırma zamanı məlum olub ki, Zaminbank filiallarından
birinin rəhbəri Zülfüqarlı qardaşlarının maliyyə işlərini aparır. Hakimiyyətin
qəzəbinə tuş gəlmiş Zülfüqarlı qardaşlarının hesabları və pul köçürmələrinin
gizli şəkildə həyata keçirən həmin filial rəhbəri bu işləri görmək üçün tez-tez
Türkiyəyə səfərlər edir. Bu haqda cumhuriyyet.az-ı məlumatlandıran mənbə onu da
bildirdi ki, siyasi xəyanəti bağışlamayan “yuxarılar” Zaminbankı və sözügedən
filial rəhbərini nəzarətə götürüb: “Artıq filial rəhbərinin  həbsi üçün tam tədarük də görülüb. Onun bir
müddət öncə törətdiyi və üstü bağlanan avtoqəza məsələsi yenidən gündəmə
gətirilə bilər. Bu məsələ ilə bağlı həbs oluna bilən filial rəhbərinin
istintaqda danışdırılması planlaşdırılır.”

Onu
da bildirək ki, Zaminbankın hansı filialının Zülfüqarlı qardaşları ilə əlaqədə
olduğu və filial rəhbərinin adı, onun digər maxinasiyaları ilə bağlı
cumhuriyyet.az-a daha geniş məlumatlar verilib. Dəqiqləşdirmələrimizdən sonra
mövzuya qayıdacayıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=9165

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31