İran İŞİD-ə qarşı azərbaycanlı ordusu yaradır
İran şiələrin müqəddəs məbədlərində hücum edən İŞİD-ə qarşı azərbaycanlılardan ibarət ordu yaradır.
Bu barədə İranda adının açıqlanmasını istəməyən azərbaycanlı fəallardan biri publika.az-a məlumat verib. Məlumata görə, İranın din xadimləri müqəddəslərimiz təhlükədə şüarı ilə məscidlərdə təbliğata başlayıblar.
“Bu, tağımlar şəkilində olan silahlı qrupdur. Burada əsasən Cənubi
Azərbaycanda yaşayan azərilər , eləcə də İran mədrəsələrində təhsil
alan, Azərbaycandan gəlmiş gənclər cəmləşdirilir. Həmçinin, azərilərdən
başqa, qeyri-millətlərdən olan nümayəndələr də bu qrupda yer alırlar.
Təkcə farslar yoxdur”-deyə mənbə bildirir.
Azərbaycanlı fəal bildirib ki, yaradılan ordu Qum şəhərində yerləşən
təlim düşərgəsində hazırlıq keçir. Daha sonra onlar Kərbəlaya
göndərilir: “Bu düşərgə Qum şəhərinin bir neçə kilometrliyində yerləşir.
Bu hərbi qruplar “Hizbullah”ın qolu olaraq fəaliyyət göstərirlər”.
Qeyd edək ki, bundan əvvəl İranın qeyri-farslardan ibarət ordu yaradaraq
Suriyada Bəşər Əsəd tərəfindən döyüşə göndərdiyi xəbərləri yayılmışdı.
İŞİD-ə qarşı yaradılan yeni ordunun həmin qruplar olduğu ehtimal olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=9167