Türkiyə İŞİD ilə müharibə aparır
Qarşıdurmalar nəticəsində çox sayda yaralı var

Cumhuriyyet.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Suriyanın Hələb şəhərində yerləşən
Cərablus qəsəbəsi və Kobani bölgəsində İŞİD silahlıları ilə Qərbi
Kürdüstan Qüvvələri olaraq tanınan YPG qüvvələri arasında qarşılıqlı
atışma olub.
Bölgədəki “Əl-Cəzirə” bürosu bildirib ki, gün ərzində davam edən
döyüşlərdə 20 nəfərdən çox YPG silahlısı öldürülüb. Bəzi kürd mənbələri
isə İŞİD-in də 30-dan çox itki verdiyini yazıb.
Qeyd edək ki, YPG silahlıları PKK-nın Türkiyə qolu olaraq tanınır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9168