Müxalifət bələdiyyə seçkilərinə necə hazırlaşır?
Partiyalar planlarını və gördükləri işləri açıqladılar
Bu
il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə
görə, bələdiyyə seçkiləri səsvermə gününə azı 60 gün qalmış elan
olunmalıdır. Azərbaycanda son bələdiyyə seçkiləri 2009-cu il dekabrın
23-də olub. Bu səbəbdən 2014-cü il seçkilərinin oktyabrın ortalarında
elan ediləcəyini gözləmək olar.
ölkədə fəaliyyət göstərən partiyalar seçki hazırlıqlarına başlayıblar.
KXCP-nin sədr müavini Xəzər Teyyublu bildirir ki, onlar 2014-cü ilin
martından bələdiyyə seçkilərində iştirak qərarı veriblər: “Partiya Ali
Məclisinin sessiyasında bununla bağlı qərar qəbul olunub və bu
istiqamətdə iş aparılır. Azərbaycanın demək olar ki, bütün bölgələrində
zona müşavirələri keçirdik. Zona müşavirələrində bələdiyyə seçkilərində
iştirak və hazırlıq vəziyyəti müzakirə olundu. Hazırda KXCP-nin mərkəzi
seçki qərargahı təlimatını hazırlayıb və rayon şöbələrinə göndərib.
Rayon şöbələrində hazırkı durum, hazırlıqla bağlı həm yerli, həm qəsəbə,
kənd bələdiyyələrinin tərkibini müəyyənləşdirilib. Artıq bu proses
keçirilib. Yaxın dövr üçün istəyirik ki, namizədlərimizi
müəyyənləşdirək. Eyni zamanda bələdiyyələrin, yeni bələdiyyələrin
sayları, ilkin seçici siyahılarının yoxlanması ilə bağlı rayon
şöbələrimizə məlumatlar verilib. Partiyamızın bələdiyyələrə
namizədlərinin müəyyənləşdirilməsi prosesi gedir. Onun üçün də
qanunvericilikdə nəzərdə tutulan vaxt namizədlər dairə seçki
komissiyalarına namizədlərini verəcəklər”.
deyib ki, digər partiyalarla əməkdaşlıq etmək istisna deyil: “Seçki elə
bir prosesdir ki, siyasi partiya təkbaşına, bütünlüklə bələdiyyələri
əhatə edə bilməz. Bir siyasi partiyanın namizədi güclü ola bilər, biz
həmin güclünü müdafiə edə bilərik. Biz baxacağıq ki, hansı partiya seçki
prosesinə qoşulacaq və biz onu dəyərləndirəcəyik. Əməkdaşlıq hər zaman
mümkündür. Çalışacağıq ki, yerli bələdiyyələrdə konkret olaraq işləməyi
bacaran, problemləri həll etmək gücündə olan namizədlər ortada olsun.
İstəyirik ki, müxalifətin namizədi güclü olsun. Ümid edirəm ki, bu
proseslərdən də uğurla çıxacağıq”.
Partiyası da hazırlıqlara başlayıb. Partiyanın təmsilçisi Taleh
Əliyevin sözlərinə görə, 2014-cü ilin əvvəlindən proses başlayıb:
“Fevralda Ali Məclisin iclasında müvafiq qərar qəbul olunub. Martda
bələdiyyə seçkilərinə namizədliklə bağlı Ümidin Respublika müşavirəsi
keçirilib. Tədbirdə partiya üzvlərinin öhdəlikləri müəyyənləşdirilib,
öhdəliklərin yerinə yetirilməsi, partiyanın seçkidə iştirakını təmin
etmək məqsədilə mütəmadi olaraq rayon şöbələri ilə əlaqə saxlayırıq.
Artıq yüzlərlə namizəd seçimi üzərində düşünürük. Sənədləşmə prosesi
gedir. Avqustun əvvəlinə yerlərdə bələdiyyə seçkisi ilə bağlı görüşlər
keçirilməsi planlaşdırılır. Seçki kampaniyası başlanana qədər
namizədlərimizin siyahısını hazırlayıb seçki prosesinə tam hazır
vəziyyətdə getməyi düşünürük”.
Partiyasının isə bələdiyyə seçkiləri ilə bağlı yekun qərarı yoxdur.
Başqan müavini Gülağa Aslanlının sözlərinə görə, bu məsələ Məclisdə
müzakirə olub və rayon təşkilatlarına hansı bələdiyyələrdə iştirak
edəcəklərini müəyyənləşdirmək, müşahidəçilərin siyahılarını
dəqiqləşdirmək məsələsi həvalə olunub. Böyük ehtimalla Müsavat Partiyası
bələdiyyə seçkilərində rayon təşkilatlarının arzusunu nəzərə alaraq bu
məsələdə onlara sərbəstlik verəcək və seçkilərdə iştiraka hazırlaşmaq
üçün tapşırıqları olacaq: “Müsavat Partiyası hələ Məclisdə qərar verib
ki, seçki qanunvericiliyində dəyişiklik olmayacaqsa, məhz bu cür
saxlanılacaqsa, böyük şəhər bələdiyyələri müəyyənləşməyəcəksə,
bələdiyyələrin statusları artırılmayacaqsa, bu cür seçkidə Müsavat
Partiyası partiya olaraq iştirak etmək haqqında hələ qərar verməyib.
Amma rayon təşkilatlarına iştirak etmək üçün şəraiti öyrənmək,
komandaları yaratmaq, namizədləri müəyyənləşdirmək məsələsində
sərbəstlik verir, hələ ki vəziyyət bu yerdədir”.
edək ki, ADP də seçkilərə qatılmaq niyyətindədir. “Media forum”a
açıqlama verən partiya sədri Sərdar Cəlaloğlu deyib ki, qurum bələdiyyə
seçkilərinə qatılacaq: “Öz üzvlərimizə bələdiyyə seçkilərində aktiv
iştirakı tövsiyə etmişik. Yerlərdə üzvlər xüsusi maraq göstərməsə, biz
partiya kimi seçkilərdə iştirak edə bilmərik. Ona görə çalışırıq ki,
yerlərdə üzvlərimiz seçkiyə xüsusi maraq göstərsinlər”.
sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hazırda partiyanın
bələdiyyə seçkilərində iştirak etmək barədə qərarı yoxdur: “Lakin Ali
Məclisin son sessiyasında bu məsələ müzakirə olunub, qərar vermək rayon
şöbələrinin öhdəsinə buraxılıb. Amma yekun qərar Ali Məclisin olacaq.
Güman edirəm ki, seçki qanunvericiliyinin dəyişməsə, seçkiqabağı mühit
normallaşmasa, seçkilərdə iştirak məqbul deyil. Seçki qanunvericiliyinə
həm partiya olaraq, həm də Milli Şura çərçivəsində bir sıra dəyişiklik
təklifləri vermişik. Lakin hakimiyyət bu təkliflərin heç birini nəzərə
almayıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9172