Ruslar Azərbaycanı Avrasiya İttifaqında görmək istəmir

03.07.2014 - 19:21

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ruslar arasında onların Avrasiya İqtisadi İttifaqına münasibətilə bağlı sorğu keçirib.
Cumhuriyyet.az axar.az-a istinadən xəbər verir ki, respondentlərin 70 faizi Rusiya, Qazaxıstan və Belorusun birgə yaratdığı Avrasiya İqtisadi Birliyinin tərəfdarıdırlar.
4 faiz yeni birliyin yaranmasına olduqca neqativ yanaşıb. 25 faiz isə bu ittifaqa qarşı münasibətlərini bildirməkdə çətinlik çəkiblər.
Sorğuya qatılanların 41 faizi özünün forma və prinsipləri olan tamamilə yeni birlik görmək istəyir. Hər 4 nəfərdən biri isə üzv ölkələrin siyasi müstəqilliklərini saxlamaq şərtilə bu ittifaqın SSRİ-nin yeni forması kimi istəyir.  
Birliyin paytaxtı ilə bağlı keçirilən rəy sorğusunda isə maraqlı nəticələr alınıb. Rəyi soruşulanların 34 faizi Avrasiya ittifaqının paytaxtı kimi Yekaterinburq şəhərini görmək istədiklərini deyiblər. Sonrakı yerləri isə Moskva (22%), Qazaxıstanın paytaxtı Astana(16%) və Belorusun paytaxtı Minsk (5%) tutub.
Rusların 45 faizi Ermənistanı Avrasiya İttifaqında görmək istəyir. Azərbaycanı isə bu birlikdə görmək istəyənlər 23 faiz təşkil edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31