İslam terror təşkilatları parçalandı

03.07.2014 - 19:43

İraq Şam İslam Dövlətinin (İŞİD) adını “İslam Dövləti” olaraq dəyişdirib Əbu Bəkr Bağdadini “xəlifə” elan etməsi Əl Qaidə və digər sələfi qruplar arasında parçalanmaya gətirib çıxarıb.
Bu qruplar arasında “İslam Dövləti”nin katibi Şeyx Əbu Məhəmməd əl Adnaninin “Bütün müsəlmanlar xəlifəyə biət etmək məcburiyyətindədirlər” çağırışını rədd edənlər var.
Əl Qaidənin ən önəmli şəxslərindən olan Əbu Katada Əmmanda məhkəmə zalında Əl Nusra Cəbhəsi və İŞİD sıralarında döyüşənləri Əl Qaidə lideri Ayman əl Zəvahirinin əmirliyi altında birləşməyə çağırıb.  Bundan başqa sələfilərin önəmli liderlərindən olan Əbu Məhəmməd əl Makdisi (İssam Berkavi) də xilafət elan edilməsini rədd edib.
9 qruplaşma Xilafəti rədd etdi
Artıq “İslam Dövləti”nə biət edən və etməyən qruplaşmalar bəlli olub. İraq-Suriya sərhədində yerləşən Əbu Kamal adlı yerdə yerli Əl Nusra Cəbhəsinin komandanının Bağdadiyə biət etməsi sıraların bəlli olmasının ilk siqnalı oldu. Onun ardınca Əl Nusranın Şərqi Quta komandanı Əbu Cəfər əl Şami, Əbu Zəhra əl İordani və Əbu Həmzə əl Ənsari kimi komandanlar Bağdadiyə biət etdiklərini elan etdilər. Əl Nusra ilə birlikdə döyüşən Səhabə ordusu və Bilad-i Şam da “İslam Dövləti”nə tabe olduqlarını bildirdilər.
Buna baxmayaraq, İslam Cəbhəsi, Mücahidlər Ordusu, Suriya Müsəlman Alimlər Ali Şurası, İslam Birliyi Şəri Heyəti, İdlib İslam Heyəti, Hələb İslam Heyəti kimi 9 təşkilat “İslam Dövləti”ni tanımaqdan imtina etdilər.
Əl Qaidənin maliyyə mənbəyi olan küveytli Həmid bin Əli və Londonda yaşayan misirli sələfi lider Hani Sibai də xilafət elan edilməsinə qarşı çıxdılar. Suriyada döyüşən Əl Qaidəyə külli miqdarda maliyyə yardımı göndərən Qanim əl Mutayri böyük güclərin “İslam Dövləti”ni dağıdacaqlarını bildirərək, xilafət elan edilməsini yersiz addım hesab edib.
Xilafətin yaranmasına sevinənlər arasında Ərəbistan yarımadasındakı Əl Qaidə də var. Bu təşkilatın nisbətən gənc üzvləri “İslam Dövləti”nə üz tutur.
İraq daxili münaqişəyə çəkilir
Xilafət və biət münaqişəsinin ən çox təsir edəcəyi yer isə İraqdır. Maliki hökumətinə qarşı qiyam qaldıran sələfi qruplardan olan Mücahidlər Ordusu və Ənsar əl Sünnə ideoloji cəhətdən İŞİD-ə yaxın olsalar da, bu mübarizənin yalnız İraq daxilində aparılmasının tərəfdarıdılar. Müsəlman Qardaşlarının İraq qanadı olan Hizbi İslami isə sünnilərə muxtariyyət verilməsini istəyir.
Dünyəvi fikirləri ilə seçilən İslam Ordusu və 1920 İnqilab Alayı isə sünni ərazisinin yaradaılmasından əlavə, sünnilərin hüquqlarının təminatını da tələb edir. Bəəsçilərin idarə etdiyi Nəkşibəndi Ordusu da 2003-cü ildəki işğal nəticəsində itirdiklərin qaytarmaq niyyətindədir. Bütün bu hadisələrin fonunda sözügedən qrupların “İslam Dövləti” ilə toqquşacağı qaçılmazdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9176

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31