Ukrayna qan gölünə döndü

04.07.2014 - 00:15

Ukrayna ordusu Rusiya tərəfdarı olan separatçıların nəzarətindəki Slavyanskda əməliyyat həyata keçirib.
Cumhuriyyet.az teleqraf.com-a istinadən verdiyi məlumata görə, şəhərdəki hədəflər Ukrayna ordusu tərəfindən toplarla vurulub. Eyni zamanda şəhər tanklarla mühasirəyə alınıb. Slavyanska daxil olmağa və çıxışa icazə verilmir.
Slavyanskdan qaçan vətəndaşlar qarşıdurmaların fasiləsiz olaraq davam etdiyini bildirib: “Ordu birlikləri şəhəri tank və toplarla atəşə tutur. Əməliyyat zamanı havadan təyyarələr də separatçıların mövqelərinə zərbə endirib.
Yerli qaynaqlar çoxlu sayda ölən və yaralananların olduğunu bildirir.
Təkcə şəhər kənarındakı bir evə havadan zərbə endirilməsi nəticəsində 50 nəfərə yaxın adam həlak olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=9183

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31