Sirli haker ordusunun Azərbaycana hücumu

04.07.2014 - 00:52

Kaspersky”
antivirus laboratoriyasının mütəxəssisləri sirli haker ordusunun
Azərbaycan da daxil olmaqla üç ölkəyə hücumunu aşkar edib. Bu barədə laboratoriyanın mütəxəssislərinə
istinadən “The Guardian” qəzeti yazıb.
İşin
ən müəmmalı və sirli tərəfi ondadır ki, “MiniDuke” adlı haker qrupu
eyni zamanda hökumətlərə və narkotik ticarətçilərinə qarşı ova çıxıb.
Mütəxəssislər hakerlərin eyni vaxtda həm dövlət təsisatlarının, həm də
narkotik tacirlərinin məlumatlarını oğurladığını üzə çıxarıb.
Bildirilir
ki, laboratoriya haker ordusunu ilk dəfə 2013-cü ilin fevralında aşkar
edib və onu izləməyə başlayıb. Həmin vaxt “MiniDuke” hakerləri dünyanın
 bir çox ölkələrinin dövlət təsisatlarının və elmi-tədqiqat
institutlarının məlumat bazasına hücumlar edirdi.
Lakin
“Kaspersky” laboratoriyasının mütəxəssisləri bu yaxınlarda qrupun
fəaliyyətində anomaliya aşkar ediblər. Məlum olub ki, narkotiklərin
alqı-satqısı üzrə sövdələşmələrdə iştirak edən şəxslər də “MiniDuke”nin
hədəfidir.
Hakerlər tərəfindən istifadə edilən
komandanlıq və serverlərin idarəedilməsi mərkəzini izləyən mütəxəssislər
qadağan olunmuş vasitələr, o cümlədən steroidlər və hormonların satışı
üzrə məlumatların cəmləndiyi baza aşkar ediblər.
“Kaspersky”nin
təhlükəsizlik üzrə baş təhqiqatçısı Vitali Kamlyuk həmin narkotik
maddələrin adlarını demək istəməyib. Bununla belə bu kəşf V.Kamlyuk və
həmkarlarının “MiniDuke” hakerlərinin məqsədləri barədə bəzi ehtimallar
irəli sürməsinə imkan yaradıb.
Mütəxəssislər
ehtimal edir ki, hakerlər ordusu bir neçə bölmədən ibarət “kiber
muzdlular”dan ibarətdir. Onlar müxtəlif qruplara öz xidmətlərini
satırlar və ola bilsin ki, onların müştəriləri arasında hüquq-mühafizə
orqanları, yaxud rəqib narkomafiyanın fəaliyyətini izləmək istəyən
mütəşəkkil cinayətkar qruplaşma yer alır. Həmçinin onlar dövlət
təsisatlarına öz xidmətlərini satırlar.
Hakerlərin
kim olmasından asılı olmayaraq onlar yüksək şifrələmə standartlarına,
məlumat bazalarını sındırmaq üçün yüksək bacarıqlara malikdir.
Mütəxəssislər onların fəaliyyətini izləməyin olduqca çətin olduğunu
deyirlər.
“Onlar  nəinki xüsusi xidmət
orqanlarına, dövlət təsisatlarına işləyən hakerlərdən daha çox gizli
fəaliyyət göstərən kibercinayətkarlara bənzəyir” – deyə Kamlyuk
bildirib.
Mütəxəssis deyib ki, bununla belə
haker ordusunun 2014-cü ildə əsas hədəfi dövlət orqanlarıdır.
V.Kamlyukun sözlərinə görə, hakerlər qrupunun Ukrayna, Azərbaycan və
Yunanıstandan potensial qurbanlara dair informasiyaları toplamaq üçün
açıq çıxış kodlu haker alətlərindən istifadə etdiyi qeydə alınıb.
“Onlar
elektron poçt məlumatlarından tutmuş, adları, nik adları və bütün digər
mümkün məlumatları toplayırlar” – deyə Kamlyuk “Guardian”a müsahiəsində
bildirib.
Mütəxəssisin sözlərinə görə, hakerlərin ya Şərqi Avropadan, ya Asiyadan hərəkət etdikləri təxmin edilir.(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=9187

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31