Azərbaycana silah satışına qadağa qoyuldu

Böyük Britaniya hökuməti ölkədən ixrac və ticarət lisenziyalarını araşdırdıqdan sonra bu barədə bəyanat verib. Bəyanatda vurğulanır ki, alınan silah Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Ermənistan – Azərbaycan sərhədində işlədilə bilər.
Bu barədə bəyanatı Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton səsləndirib. Onun sözlərinə görə, Cənubi Qafqaz Böyük Britaniya üçün strateji bölgədir. “2012-2013-cü illərdə Azərbaycan və Ermənistan arasında sülhün bərqarar olması üzrə layihələrə 1,245 mln. funt sterlinq xərclənib”, – deyə Devid Lidinqton vurğulayıb.(ans)
Short URL: http://www.cumhuriyyet.net/?p=9188