İŞİD Allaha da şər atdı
“Terror Allahın qanunları ilə idarə edilməkdir”

Cumhuriyyet.az ANS PRESS-ə istinadən verdiyi məlumata görə, İŞİD lideri internetdə yayılmış
səsyazısında terrorçuluğu öyüb, milliyyətçilik, sülh, dinc yaşama,
azadlıq, demokratiya, dünyəvilik və vətənpərvərlik kimi şüarları inkar
edib.
O bununla bağlı deyib: “Müsəlmanlar bu şüarlara tabe oldular,
dinlərindən ayrıldılar, Allaha imanlarını tərk etdilər, şərq və qərb
insanlarının uydurduğu qanunlara uyğun gələrək şirkə qaçdılar, onların
davamçısı kimi, bu şüarları qürursuz və məqsədsiz bir şəkildə qışqıraraq
mənfur və biabırçı bir halda yaşayırlar. Belə yaşamağa qarşı çıxanlarsa
əziyyət gördü, hədəfə alındı, qovuldu, sonu ölüm oldu, həbs ya da
terrorizm ittihamı ilə qorxunc şəkildə işgəncələr gördü”.
Daha sonra o, terrorun müsəlmanlar üçün azad həyat demək olduğunu
vurğulayıb: “Terror Allahın qanunları ilə hökm edilməyi seçməkdir.
Terror Allah nə əmr etmişsə ona itaət etmək deməkdir. Terror
alçaldılmağı, boyun əyməyi və kafirlərə itaət etməyi rədd etməkdir.
Terror müsəlmanlar üçün bir müsəlman kimi izzətli, güclü və azad
yaşamaqdır. Terror hüquqlarına sahib çıxmaq və onlardan əsla imtina
etməməkdir”.
Qeyd edək ki, İŞİD liderinin dedikləri müsəlmanların müqəddəs kitabı
Qurani-Kərimdə buyurulanların əleyhinə çıxır. Qurani-Kərimə görə, cihad
yalnız döyüş meydanında silahlı adamlara qarşı ola bilər. Həmçinin
əsirləri, girovları, dinc əhalini, qadın və uşaqları öldürmək olmaz.
İŞİD isə fəaliyyətində bütün bu yasaqlara qarşı çıxır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9191