İŞİD liderinin ABŞ-la anlaşması üzə çıxdı

kilometrliyində yerləşən Samirə şəhərində anadan olub. Əsl adı İbrahim
Avad İbrahim Əl-Bədri Əl- Hüseyn Əl Samirədir. O, Bağdad Universitetini
bitirib. İslam hüququ və tarixi üzrə elmlər doktorudur. 2003-cü ilə qədər İraqın Diyalə əyalətində . İslam hüququndan dərs deyib. 2003-cü ildə Qərb koalisiyasının İraqa müdaxiləsindən sonra müqavimət hərəkatına, daha sonra “Əl-Qaidə”yə qoşulub.
2005-ci ilin payızında “Əl-Qaidə”-nin ən güclü liderlərindən biri kimi
tanınıb. İraqa təcavüz edən Qərb koalisiyasına qarşı vuruşmaq üçün
Səudiyyə Ərəbistanından və Suriyadan könüllülərin İraqa göndərilməsi ilə
məşğul olub. 2005-ci ildə amerikanlara əsir düşüb.
2009-cu ildə ABŞ və İraq dövlətləri arasındakı razılaşmaya görə, azadlığa buraxılıb.
2010-cu ilin mayında “İraq İslam Dövləti” terror təşkilatına rəhbərlik edib.
2011-ci ildə Əl-Bağdadi öz köməkçisi Ədnan Əl- Həccanı silahlı
müqavimətə kömək məqsədi ilə Suriyay göndərib. Əl-Həcca orada “Cəbhəd
ən-Nüsra” adlı terror təşkilatı yaradıb və ona rəhbərlik edib.
Əl- Bağdadinin adı ABŞ-ın xüsusi təhlükəli terrorçular siyahısına düşüb.
2011-ci ilin oktyabrında ABŞ Dövlət Departamenti Əl- Bağdadini öldürən
və ələ verən şəxs üçün 10 milyon dollar mükafat təsis edib.
2013-cü ilin aprelində Əl-Bağdadi “İraq İslam Dövləti” və “Cəbhəd
ən-Nüsra” terror təşkilatlarını birləşdirərək “İraq İslam Şam Dövləti”
terror təşkilatını yaradıb.
2013-cü ilin noyabrında “Cəbhəd ən-Nüsra” İŞİD-dən ayrılıb və bu təşkilat müstəqil fəaliyyət göstərməyə başlayıb.
Bu gün İŞİD öz sıralarında Suriyada və İraqda döyüşən 15 min nəfər könüllünü birləşdirir.
2014-cü ilin yanvarında Əl- Bağdadi sünnülərin 2 şəhərini-_Əl-Fəllucu və Ramadanı tutub.
2014-cü il iyunun əvvəllərindən başlayaraq, İŞİD genişmiqyaslı hücuma
başlayıb, qırğınlar törədib. Hal-hazırda sünnilərin yaşadıqları
əraziləri işğal edərək qondarma İslam Xəlifəliyi elan edib.
Əl- Bağdadi bütün müsəlmanları qondarma İslam Xəlfəliyinə immiqrasiya
etməyə çağırıb və deyib ki, indiki halda onların hərbi hazırlıq keçmiş
şəxslərə,həkimlərə, mühəndislərə, hakimlərə, idarəetmə qabiliyyətinə
malik olan din qardaşlarına daha çox ehtiyacları var. Əl- Bağdadi qeyd
edib ki, bütün dünyadakı müsəlman qardaşlarımızı bizim əlimizlə xilas
olmaq gözləyir.
İraq ərazisində qondarma İraq İslam xəlifəliyinin lideri, özünü xəlifə
elan edən Əl- Bağdadi hamıya tabe olmağı və yeni liderə sədaqət andı
içməyi əmr edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=9192