Bu gün ABŞ-ın müstəqillik günüdür

04.07.2014 - 09:27

Amerikanların çoxu bu günü ABŞ-nin ad günü kimi, sadəcə tarixi deyərək “4 iyul günü” adlandırır
 
4 iyul Şimali Amerikada İngiltərənin hökmranlığına son qoymuş,
İstiqlaliyyət Bəyannaməsinin qəbul edildiyi (1776) ABŞ-nin milli bayramı
olan müstəqillik günüdür. Cumhuriyyet.az anspress-ə istinadən verdiyi məlumata görə, bu gün ABŞ-də
müstəqilik, İngiltərə asılılığından çıxdığı bir gün kimi ölkədə qeyd
edilir. Amerikanların çoxu bu günü ABŞ-nin ad günü kimi, sadəcə tarixi
deyərək “4 iyul günü” adlandırır. Rəsmi bayram ölkənin hər yerində
atəşfəşanlıq, müxtəlif tipli karnavallar və ictimai tədbirlərlə qeyd
edilir.
Bu gün artıq dünyada bəlli statusa malik olan Amerika Birləşmiş Ştatları
Azərbaycanla strateji tərəfdaşdır və Azərbaycan ABŞ ilə əlaqələrin daha
da inkişafına böyük önəm verir. Ötən il iki ölkə arasında ticarət
dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib. Bu gün ABŞ şirkətləri
həm Azərbaycanda, həm də Azərbaycanın iştirakı ilə xaricdə həyata
keçirilən irimiqyaslı layihələrdə iştirak edir və Azərbaycana
investisiya yatırırlar. ABŞ Azərbaycanın ən ağrılı məsələsi olan və 20
ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq
normaları və sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədr
ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Müstəqillik günü Azərbaycan da daxil olmaqla ABŞ-ın dünyadakı bütün diplomatik missiyalarında qeyd edilir.
Onu da qeyd edək ki, hazırda əsas strateji tərəfdaşı olan Böyük
Britaniya ABŞ müstəqilliyini elan olunduğu gündən 30 il sonra qəbul
edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9197

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31