Rusiya tankları Ukraynaya girdi
Cumhuriyyet.az anspress-ə istinadən verdiyi məlumatına görə, bu barədə Milli qvardiyanın informasiya
təhlükəsizliyi şöbəsinin rəisi Yuriy Stes xəbər verib. “Bu gün Ukrayna
hava məkanını Rusiyaya aid iki Mi-8 və Mi-24 vertolyotları pozub.
Eləcədə Rusiya tərəfindən yaraqlılarla dolu 4 KamAz-ın hərəkət etdiyi
qeydə alınıb”- deyə o bildirib.
O həmçinin bildirib ki, Luqansk bölgəsində Rusiya tərəfindən ölkə
ərazisinə girən 20 tank və 122 ədəd zirehli texnika yerləşir. Onun
sözlərinə görə yaraqlılardan təmizlənmiş şəhərlərdə içərisində RF
köçürmələri qeyd edilən Rusiya bankına aid kredit kartı tapılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=9200