Səfirlərin Bakı toplantısının sirri

04.07.2014 - 10:21

Səfirlərin Bakıda toplanması məsələsinə iki il bundan qabaq rəvac verilib və burada ölkənin siyasi kursu müzakirə olundu”
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli səfirlərin Bakıya toplanılması məsələsini şərh edərkən söyləyib. O, səfirlərin Bakıya təlimatlandırılmaq üçün çağrıldığını bildirib:
“Bundan əvvəl də yay aylarında səfirlərin Bakı toplantısı həyata keçirilmişdi. Səfirlərin Bakıda toplanması məsələsinə iki il bundan qabaq rəvac verilib və burada ölkənin siyasi kursu müzakirə olunur. Ondan başqa isə ölkənin siyasi təbliğatının qurulması məsələsi də burada müəyyənləşəcək. Ermənistanla informasiya müharibəsi aparılması ilə bağlı səfirlər təlimatlandırılacaqlar. Üstəlik, Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı müəyyən irəliləyişlər müşahidə olunmaqdadır. Son günlər Rusiyanın bu konfliktə pozitiv yanaşması nəzərə çarpmaqdadır. Bu məsələlərin ayrı-ayrı nüanslarının da səfirlərə çatdırılmasına böyük ehtiyac var. Həmçinin səfirlərdən də bununla bağlı məlumatların toplanılmasına ehtiyac duyulur”.
Politoloq Azərbaycanın balanslı siyasətinin ləğv ediləcəyi ilə bağlı səslənən şərhlərə də münasibət bildirib:
“Səfirlərin toplantısının balanslı siyasətin ləğv edilməsi üçün çağırıldığını nəzəri cəhətdən iddia etmək mümkündür, amma praktiki cəhətdən burada problem var. Çünki məsələlər hələ inkişaf etmə səviyyəsindədir. Konturlar tam müəyyən olunmayıb. Həmçinin, Azərbaycan bəyan edib ki, qərbyönümlü siyasət onun prioritetlərindən biridir. Hələ ki, biz Qarabağ məsələsində balanslaşdırılmış siyasətin yürüdülməsinə davam edəcəyik. Həmçinin Qərblə aramızda kifayət qədər böyük layihələr var. Bunlar da göstərir ki, birdəfəlik Qərbin üstündən xətt çəkib, Rusiyaya meyl etməyin hələ vaxtı deyil”.   
Qeyd edək ki, bu gün Azərbaycan səfirlərinin Bakıya çağırılacağı və Prezidentin iştirakı ilə toplantı keçiriləcəyi haqqında informasiya yayılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9202

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31