"Akkord"da şok korrupsiya faktları…

04.07.2014 - 10:39

Şirkətin bir departamentində 20 milyon manata yaxın yeyinti aşkarlanıb

“Akkord”
şirkətində şok korrupsiya faktları barədə redaksiyamıza məlumat daxil
olub. Məlumat verən mənbə bildirir ki, 2013-cü ilin oktyabrından
şirkətdə işlər qismən dayanıb. Nəticədə maaşların verilməsində fasilələr
yaranıb. Şirkətin baş direktoru Xəqani Quluzadə işdən çıxarılıb. Bunu
isə onun xaricə təhsil almağa getməsi kimi izah ediblər. “Ancaq onun
işdən çıxarılması adi məsələ deyildi, ortada ciddi məsələlər dayanırdı.
Belə ki, onun adı “Akkord”da baş vermiş çoxsaylı maliyyə yeyintilərində
əsas fiqur olaraq çəkilirdi.

 
Şirkətin baş direktorunu işdən çıxarmaq adi məsələ deyil. Bu
göstərişi  “Akkord”un əsas səhmdarı sayılan İlqar Hacıyev vermişdi.
İlqar Hacıyev 2010-cu ildən “Akkord”dan ayrılsa da, əsas səhmdar kimi
qalırdı və  Almaniyada “Akkord”un nümayəndəliyində otururdu. Onun
qayıtması və şirkətdə təmizləmə aparması səbəbsiz deyildi”. 
Məlumatda qeyd edilir ki, Xəqani Quluzadənin “Akkord”a rəhbərlik
etdiyi son üç ildə şirkət Azərbaycan Beynəlxalq Bankından yarım milyard
manatdan çox kredit götürərək bölgələrdə müxtəlif layihələr başlayıb.
Bildirilir ki, kreditlər Xəqani Quluzadə, onun tikinti üzrə müavini
Elçin Bədəlov, su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmili və
istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən
mənimsənilib. Kreditlərin qaytarılması məsələsi gündəmə gələndə şirkət
çətin vəziyyətə düşüb. 
“Krediti  qaytarmaq lazımdır, pul isə yoxdur. Kreditin
 qaytarılmamasını görən Beynəlxalq Bank rəhbərliyi üz tutur bankın əsl
sahiblərinə. Bunlar isə çox qüdrətli insanlardır və kim olduqlarını
xatırlatmağa ehtiyac yoxdur. Məhz bu qüdrətli əlin köməyi ilə “Akkord”un
əsas səhmdarı İlqar Hacıyev Almaniyadan gətirilib və ona şirkəti bu
günə salmış adamları təmizləmək tapşırığı verilib”,- deyə məlumatda qeyd
edilir.
Qeyd edilir ki, yoxlamalar ilk olaraq kreditin ən çox
mənimsənildiyi su-kanalizasiya və istehsalat departamentlərində başlayıb
və külli miqdarda yeyinti faktları aşkarlanıb. Təsəvvür edin ki,
su-kanalizasiya departamentinin təkcə Şəmkir layihəsinin  anbarında 300
min manatlıq material əskikliyi aşkar edilib. Ümumilikdə isə
departamentdə 20 milyon manata yaxın yeyinti aşkar edilib. Yoxlamalar
təkcə “Akkord”un Audit Departamenti tərəfindən deyil, həm də kənardan
dəvət olunmuş audit şirkəti tərəfindən aparılırdı”.
Məlumatda bildirilir ki, Fariz Cəmilinin “Akkord”un bu günə
düşməsində “xidmətləri” çoxdur. Belə ki, onun özünün AGE adlı  ayrıca
şirkəti var və tunel tikintisi ilə məşğuldur. O şirkətin sifarişlərini
ayrı-ayrı subpodrat şirkətlərə satıb: “Şəmkir layihəsinin anbarında
dəyəri 75 min avro olan aparatın, çəkisi tonlarla ölçülən armaturun, PVC
və dəmir boruların yoxa çıxması da aparılan yoxlamalar zamanı aşkar
edilib. Yeyintilərə görə cinayət işi açılıb və cinayət işi Korrupsiyaya
Qarşı Mübarizə  İdarəsindədir. Hazırda Su Kanalizasiya Departamentinin
Sabirabad, Cəlilabad, Agstafa və Şəmkir layihələrində işçilər ixtisara
salınıb. Hər layihədə 4-5 nəfər qalıb. Bir sual verən yoxdur ki, yaxşı
bəs “Akkord”un öhdəsinə götürdüyü layihələri kim işləyəcək?”
Mənbə bildirir ki, audit yoxlamalarından sonra tikinti üzrə baş
direktorun müavin Elçin Bədəlov, təhqiqat departamentinin direktoru
Şahin Məmmədov, su-kanalizasiya departamentinin direktoru Fariz Cəmili,
infrastruktur departamentinin direktoru İlqar Budaqov, kadrlar
departamentinin direktoru Səbinə Feyzova işdən çıxarılıblar: “Ancaq indi
yenə də şirkətdə kütləvi şəkildə ixtisarlar gedir. Şirkətdə ikili
rəhbərlik sistemi mövcuddur. Xəqani Quluzadə gedəndən sonra şirkətə onun
müavini işləmiş Göksəl Aybək rəhbərlik edir və o, ancaq öz
həmvətənlərini müxtəlif vəzifələrə irəli çəkməklə məşğuldur. Şirkətin
Zığ qəsəbəsində yerləşən İnfrstruktur Departamentinə Hüseyn Gümüş adlı
təzə direktor gəlib və gələn gündən azərbaycanlı işçilərin 95 faizini
ixtisara salıb. Hazırda bu vəziyyət davam edir və nə ilə qurtaracağı
bəlli deyil”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Şirkətdən
bildirildi ki, sözügedən faktlara və iddialara münasibət bildiriləcək.

(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=9205

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31