Özlərini polis kimi təqdim edən şəxslər tutuldu

04.07.2014 - 13:42

Azərbaycanda özlərini polis əməkdaşı kimi təqdim edən dəstənin üzvləri tutulub.
Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yardımlı rayon sakini Balaxan Əliyev polisə ərizə ilə müraciət edərək bildirib ki, evinə gələn şəxsiyyəti məlum olmayan bir qrup şəxs özlərini polis əməkdaşı kimi təqdim edərək oğlu Rabilin Cəlilabad sakini Xəyal Həsənova narkotik vasitə satdığını bildirərək tutulmaması müqabilində ondan 20 min manat pul tələb ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Sübhan İsayev, Cavid Qurbanov, Bəhram Kərimov ə Şahin Mahmudov tutulub. Cinayətdə iştirak edən Fəqan Əhmədov və Zaur Rzayevin tutulması istiqamətində iş aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9213

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31