Yaxın 10 ildə hansı kəşflər olacaq?
10
il sonra ruhi və sinir xəstəliklərinin insanlar arasında azalacağı
ehtimal olunur. Sinir sistemini korlayan patogen xromosomların qarşısını
almaq üçün yeni kəşf əldə olunacaq. Nəticədə bu tip xəstəliklərin
diaqnoz və müalicə müddəti azalacaq.
2025-ci ildə günəş enerjisi
dünyanın ən böyük enerji qaynağı halına gələcək. Müxtəlif yollardan
əldə ediləcək günəş enerjisi evlərimizi qızdırmaq və isti su əldə etmək
üçün istifadə edilə biləcək. Elektron alətlərin belə günəş enerjisi ilə
çalışacağı günlər də çox uzaqda deyil.
Erkən yaşda özünü büruzə
verən diabet xəstəliyi hazırda yüksəkdir və getdikcə artan bir
xəstəlikdir. “Thompson Reuters” diabet xəstələrinə gələcəkdə insulin
iynəsinin vurulmayacağını iddia edir. Genetik tənzimləmə və müalicələr
bu xəstəliyə səbəb olan genləri təsirsiz hala gətirəcək və xəstəliyin
irsi keçidinin qarşısını alacaq.
Dərman müalicələrində zəif
nəticələr alınması məsələsi də 2025-ci ildə sona çatır. İnsanların
müalicəsi üçün xüsusi dərmanlar istehsal olunacaq. Bu dərmanlar hazırki
dərmanlardan təsirinə və gücünə görə daha effektli olacaq. Sinə və
ağciyər xərçəngi kimi xəstəliklər isə tarixə qarışacaq.
“Thompson
Reuters” in proqnozlarına görə, plastik tullantılar 2025-ci ildə
ümumiyyətlə olmayacaq. Hesabata görə, yemək və içki qabları yaxın
gələcəkdə tamamilə bitkilərdən əldə edilən sellülozadan hazırlanacaq.
Hesablamalara görə, elektrik enerjisi ilə işləyən kiçik təyyarələr çox yaxında səmada dolaşacaq.
Şüalanma
yalnız filmlərdə gerçək olur deyirsinizsə yanıla bilərsiz. Çünki
şüalanma ilə əlaqədar yeni kəşfləri eşitməyə çox az qalıb. “Thompson
Reuters” 2025-ci ildə kvant şüalama texnologiyasının test ediləcəyini
iddia edirlər (ans press).
Short URL: http://www.cumhuriyyet.net/?p=9218