Bakının məşhur restoranında şok faktlar

04.07.2014 - 15:55

Restoranda tələblərə cavab verməyən məhsulların hazırlanması və satışı qadağan edilib

Paytaxtın daha bir məşhur restoranında nöqsanlar aşkar edilib. 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Nəsimi
rayonunda yerləşən “Niaqara” restoranında standartların tələblərinin
pozulduğu aşkarlanıb. 

Belə ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti
Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində
yerləşən “Niaqara” restoranında dövlət nəzarəti tədbirləri həyata
keçirilib.

Araşdırmalar nəticəsində restoranda mənşəyi məlum olmayan,
təhlükəsizliyi müvafiq qaydada konservləşdirilmiş xiyar, göyəm, alma,
alça, badımcan, gavalı turşusu aşkarlanıb. Müəssisədə hazırlanan
“paytaxt” salatından nümunə götürülərək Komitənin Təcrübə-Sınaq
Mərkəzinin (AzTest) laboratoriyasına təqdim edilib. Aparılan müayinələr
nəticəsində salatın tərkibində bağırsaq çöpləri qrupundan olan
bakteriyalar aşkar edilib. Bundan başqa müəssisədə yeməklərin heç bir
texnoloji təlimat və reseptura olmadan hazırlandığı, soyuducularda
ərzaqların saxlanılması zamanı mal qonşuluğu qaydalarına əməl
olunmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət
yoxlanışından keçirilmədiyi aşkar edilib.

Araşdırmalar zamanı, həmçinin, yeməklərin hazırlanması zamanı
istifadə olunan ətin baytarlıq şəhadətnaməsi, digər ərzaq məhsullarının
uyğunluq və gigiyenik sertifikatları, hazırlanan yeməklərin sınaqlarının
nəticələrini təsdiq edən sınaq protokolları, müəssisədə çalışan
işçilərin tibbi kartları, peşə təhsillərini təsdiq edən hər hansı sənəd
yoxlamaya təqdim edilməyib.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə
inzibati protokol əsasında cərimə tətbiq edilib. Restoranda normativ
sənədlərin tələblərinə cavab verməyən məhsulların hazırlanması və satışı
qadağan edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9219

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31