Prokuror Həsən Hüseynliyə 7 il həbs cəzası istədi

04.07.2014 - 20:44

İyulun 4-də Gəncənin Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş”
Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi üzrə proses
davam edib.

Həsən Hüseynliyə silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı irəli sürülüb.
QHT
rəhbəri qeyd edir ki, bu il martın 31-də ona qarşı təxribat olub. Onun
sözlərinə görə, Gəncədə, Mərkəzi Poçtun yaxınlığında 35-40 yaşlarında
bir adam (Gəncə sakini Arzu Qəhrəmanov) ona yaxınlaşaraq söz atıb, söyüş
söyüb, daha sonra güc tətbiq edib. Elə həmin gün polisə üz tutan Arzu
Qəhrəmanov Həsən Hüseynlinin onu bıçaqla vurduğunu iddia edib.
“Media
forum” saytına danışan vəkil Elçin Sadıqov bildirib ki, bugünkü
prosesdə dövlət ittihamçısı Həsən Hüseynlinin 7 il azadlıqdan məhrum
edilməsi təklifi verib: “Çıxışa hazırlaşmaq üçün vaxt istədik. İyulun
11-nə qədər vaxt verildi. Növbəti iclasda vəkillər çıxış edəcək. Həsən
Hüseynli də son sözünü həmin gün desə, hökm oxuna bilər”.
Elçin
Sadıqov əlavə edib ki, Həsən Hüseynliyə qarşı irəli sürülmüş ittiham öz
təsdiqini tapmayıb: “Həsən Hüseynlinin cinayət törətməsi ilə bağlı heç
bir sübut yoxdur. İstintaqın məhkəməyə təqdim etdiyi sübutlar arasında
kəskin ziddiyyətlər var. Prosesdə şahidlər bir-birinin ifadəsini təkzib
edirdi. Bıçağın kimə məxsus olması ilə bağlı istintaq orqanında heç bir
sübut yoxdur. Hesab edirik ki, prokurorluğun açıq-aşkar sübut olmadan
Həsən Hüseynliyə belə ağır cəza istəməsində böyük bir sifariş var. Həsən
Hüseynlini cəmiyyətdən təcrid etmək istəyirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9226

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31