Rusiya Ermənistandan İrana qarşı istifadə edir
Erməni mediası Ərdoğanın
Türkiyə-Ermənistan sərhədinin sentyabr ayından açılması ilə bağlı
göstərişi haqda ilginc iddia ortaya atıb.
Cumhuriyyet.az Publika.az-a istinadən xəbər verir ki, erməni mediası hazırda Ermənistana Türkiyə ilə sərhədin
açılmasından çox, Naxçıvan vasitəsilə İranla tranzitin daha sərfəli
olduğunu hesab edir. Və ortaya atılan şok iddiaya görə, Naxçıvan
sərhədində Azərbaycan və Ermənistan ordusunun atəşkəsi pozaraq şiddətli
atışmlarına səbəb Rusiya və Türkiyə olub. Bunun İrana qarşı düşünülmüş
plan olduğu deyilir.
“Türkiyə ilə sərhədin açılışı Ermənistana nə verə bilər? Əslində, bundan
yaxşı heç nə gözləmək lazım deyil. Çünki bu yola türk-rus ittifaqı
nəzarət edəcək, hansı ki Moskva sərhədlərin açılmasını səbirsizliklə
gözləyir. Digər tərəfdən, Ermənistan 20 ildir bağlı sərhədlərlə yaşayır
və hər şey normal olub. Hazırkı vəziyyətdə İrəvana Türkiyə ilə deyil,
İranla Naxçıvan vasitəsilə əlaqələrin qurulması sərf edir. Çünki İranın
mövqeləri Naxçıvanda güclüdür.
Burda diqqət çəkən məqam, İranın Naxçıvanla azad ticarət zona
yaratmaq təklifindən sonra Naxçıvan sərhədində atəşkəs pozuldu. Çünki
burda İranın aktivliyi Nə Azərbaycanın, nə Türkiyənin, nə də Rusiyanın
xoşuna gəlmir. Məhz buna görə də atəşkəsin pozulması Rusiya və
Türkiyənin planı idi. Bununla İrana “münaqişəli zonaya girmə” çağırışı
edildi”- deyə Ermənistanın “lragir.am” saytı iddia edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9229