İş adamından Hacı İbrahim Nehrəmliyə sərt mesaj
Elşad Məmmədov: “Sən mənim haqqımı yemisən və mən sona qədər, səninlə mübarizəmi aparacam”
İki mənzil üçün “AVESTA” Konserninə daxil olan “HƏSƏN-96” MTK-ya
ödədiyi 355 min manatı ala bilməyən iş adamı Elşad Məmmədov iyulun 2-də
RATİ-də növbəti mətbuat konfransını keçirib.
Azərbaycanda ən iri iş
adamlarından biri olan Hacı İbrahim Nehrəmli tərəfindən haqqı tapdalanan
Elşad Məmmədov 355.000 manatının batırılmasına qarşı bütün çabalarının
nəticəsiz qalması üzündən, ağzını tikməklə etiraz etməyə məcbur olmuşdu.
Konkret olaraq, bu hadisənin detallarını və Elşad Məmmədovun haqlı
olmağı məsələsi hüquqi həllini tapmasa da, ümumilikdə Azərbaycandakı
orta və kiçik ranqlı iş adamları üçün simvoıik xarakter daşıyır. Təbii
ki, Hacı İbrahim səviyyəsində hakimiyyətdə dayaqları olan iri iş
adamları daha fərqli vəziyyətdədirlər və belə problemlərin əksəriyyəti
məhkəmələr tərəfindən məhz onun kimilərin xeyrinə həll olunur.
Məşhur iş adamı deyir ki, agzını tikən E.Məmmədov guya ona məxsus restoranda həmin 355.000 dəyərində iş görməli imiş görməyib.
Yaxşı,
tutaq ki, iş görməliymiş? Bəs, hanı hüquqi sənədlər ki, E.Məmmədovun
imzasıyla müqavilə bağlanaraq təsdiqini tapsın? Təbii olaraq yoxdur.
Amma, Elşad Məmmədovun əlində “AVESTA” Konserninə daxil olan “HƏSƏN-96”
MTK-dan 51 və 52 saylı mənzillərin satın alınması haqqında bütün hüquqi
sənədlər var.
Buna baxmayaraq hər iki mənzilin E.Məmmədovun əlindən
alınması düzgündürmü? Hər halda 355000 manatlıq iş tapşirılan şəxs
ağıldan kəm olmazdı, beləsinə Hacı ibrahim də bu dəyərdə iş tapşırmazdı
və agzını tikməsi də onun hansısa əqli çatışmazlığı deyil, çox böyük
ehtimalla çıxılmaz vəziyyətə düşməsi ilə bağlıdır.Sizi əmin edə bilərik
ki, Azərbaycanda E.Məmmədovdan qat-qat böyük məbləğdə pulu batırılan və
haqqı tapdanan çoxlu sayda iş adamları var. Ancaq onlar ağızlarını
iynə-sapla tikməklə deyil, sadəcə susmaqla yumublar.
Elşad Məmmədov
deyir: “Hacı İbrahim Nehrəmli öz gücündən istifadə edib bütün
məhkəmələrdə öz xeyrinə qərar cıxartdırır. Sonra isə ağız dolusu deyir
ki, haqlı olsaydı, məhkəmələrdə uduzmazdı. Mən sual edirəm? Hansı
məhkəmələrdən danışır bu milyarder????
1.Nəsimi məhkəməsinin
hakimi Səyyad Qafari mənim iştirakım olmadan saxta və yalancı şahidlərin
ifadəsi ilə mənim mənzillərimi ləğv edib. Məni heç məhkəməyə
cağırmayıblar!!!! Mənə sonradan məhkəmə qərarı gəlib ki məhkəmə olub və
mənim evlərimi alıblar əlimdən.
2.Bu haqsız və ədalətsiz qəradan
məcbur olub vəkil Kamil Əliyevlə birlikdə Apelasiya məhkəməsinə şikayyət
verdim.Hakim Xuraman Məhərrəmlinin sədirliyi ilə kecdi məhkəmə. Xuraman
Məhərrəmli mənim qanuni sənədlərimi görüb əkis tərəfin nümayəndəsinə
belə bir sual verdi: “Siz çox iş birliyindən danışırsınız. Vətəndaş
Məmmədov Elşad sizə iş görməlidi? Hansısa bir müqavilədə onun imzası
var?
Hakim Xuraman Məhərrəmli loru sözlə belə deir: “Siz nə
danışırsınız bu sizin ücün bazarda 1 kiloqram alma alveri deyil.
Vətəndaşin qanuni sənədləri var!!!!! Bəs bu sözü deyən hakimə nə oldu
ki, sonrakı məhkəmə iclasında Allahdan qorxmadan mənim sənədlərimi ləgv
etdi. Budur, məhkəmə! Mən bu qərardan sonra ayağa qalxıb Xuraman
Məhərrəmli və yanındakı hakimlərə dedim ki, Allah bəlanızı versin,
övladlarınızın başına gəlsin belə bir haqsızlıq…Heç biri səsini
çıxartmadı.. Budurmu sənin dediyin məhkəmə ədaləti?3.Ali məhkğmənin
hakimi Qəhrəman Allahverdiyev….Bu məhkəmədə iclas başadıqda mən hakim
Qəhrəman Allahverdiyevə onun başı üzərində böyük həriflərlə yazılmış
yazını xatırlatdım….ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR…Sözlərinə əməl
etsin. Axı mənim əlimdə qanuni sənədlərim var… maliyyə arayışı və
kassa çekim…Lakin bu hakim də qorxusundan Nehrəmlinin xeyrinə qərar
çıxardı.
4. Ali məhkəmənin pleniumunda görünməmiş bir iş oldu. Mənə dedilər ki, sənin işin Korrupsiya idarəsəsində araşdırılır .
Mən
sona qədər aclıq aksiyasını kecirəm.Və sonunda bu hakimlərin
cəzalanmasını isləyirəm. Hansı ki qanunlara söykənərək yox, qorxudan,
tapşırıqla qərar verirlər.
1.Səyyad Qafari – nəsimi rayon məhkəməsi
2.Xuraman Məhərrəmli- apelyasiya məhkəməsi
3.Qahrəman Allahverdiyev”- Ali məhkəmə
4.Ramiz Rzayev- Ali məhkəmə plenumunun sədri
E.Məmmədov
bildirir ki, Ali məhkəmənin plenumunun sədri Ramiz Rzayev (nehrəmli)
hətta 31 hakimin və 10 mülki geyimli şəxlərin yanında dedi, protokolu
belə dəyişdirmişəm.bu da ona əsas verir ki, mənim bütün məhkəmələri
uduzmağımın səbəbkarı Hacı İbrahimin yerlisi Nehrəmli Ramiz Rzayevdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9232