Azərbaycanda iki ayda 28 qadın döyülərək öldürülüb
2014-cü ilin yanvar-fevral aylarında 28 qadın fiziki zorakılıqdan dünyasını dəyişib.
2014-cü ilin yanvar-fevral aylarında 28 qadın fiziki zorakılıqdan dünyasını dəyişib.
TV-də efirə gedən “Sosium” verilişində “Qadın təşəbbüsü və sosial
problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira
Mustafayeva açıqlayıb.
ailədə zorakılıq ucbatından kənddən şəhərə qaçan qadınların sayı günü
gündən artır: “Qadına qarşı zorakılıq bizdə həmişə olub, amma qadını
öldürmək həddinə çatdırma bu qədər olmayıb. Cəmi iki ay ərzində 28
qadının fiziki zorakılıq səbəbindən dünyasını dəyişməsi dəhşətli bir
tendensiyadır. Deməli, narahat olmağa əsaslar var. Bu gün Masallı, Quba,
Qusar və s rayonlardan və kəndlərdən sığınacaq istəyənlər var. Elə olur
ki, bir və ya iki uşaqlı qadınlar bizə pənah gətirirlər ki, heç olmasa
ərinin zorakılıqlarından canını qurtarsın. Biz də icra hakimiyyəti və
digər qurumlar vasitəsi ilə onlara sığınacaq təşkil edirik. Zorakılığa
daha çox gənc qadınlar məruz qalır”.
qarşı daha çox fiziki və seksual zorakılıqların baş verdiyini deyən
Zemfira Mustafayeva zorakılıqların şəhər və kəndlər üzrə fərqli şəkildə
qeydə alındığını vurğulayıb: “Zorakılığın müxtəlif növləri var. Fiziki,
mənəvi, psixoloji, iqtisadi və seksual zorakılıq. Azərbaycanda bunlardan
ikisi daha geniş yayılıb. Fiziki və seksual zorakılıq. Seksual
zorakılıqlar daha çox şəhərlərdə baş verir. Yəqin ki, burada texnoloji
imkanların, kompüter və internetin təsiri böyükdür. Fiziki zorakılıqlar
isə ən çox bölgələrdə, əsas da cənub bölgəsində baş verir. Bu da
məlumatsızlıqdan, savadsızlıqdan irəli gəlir”.
qarşı zorakılıqların baş vermə səbəblərinə gəldikdə isə mütəxəssis
deyir ki, səbəblər hər gün çoxalır: “Sosial iqtisadi durum, mənəvi
psixoloji basqılar artdıqca bu hallar da artacaq. Bu gün ailələrdə baş
verən zorakılıqlar təkcə ər-arvad münasibətlərindən qaynaqlanmır.
Məsələn, bu gün qadına qarşı zorakılıq daha çox gənc ailələrdə olur.
Bəzən qızlar tez ailə qururlar və valideynlər qıza necə bir qadın olmağı
yaxşı öyrətmədiyindən problemlər baş qaldırır. Çox vaxt belələri təkcə
ər tərəfindən yox, həm də ailə üzvləri tərəfindən zorakılığa məruz
qalır. Bundan əlavə müasir dövrdə kişilər çox aqressiv olublar. Qadınlar
isə hər şeyi həzm etmir. Müasir qadınlar azla qane ola bilmirlər”.
atılan “gender bərabərliyi” söz-söhbətinin bəzən ailələrdə problemlərə
səbəbə olduğunu deyən Zemfira Mustafayeva hesab edir ki, bəzi qadınlar
öz yerini bilsə, zorakılıqlar azalar: “Çox təəssüflə deyirəm ki, bu
gender məsələsi bəzən səhv başa düşülür. Gender bərabərliyi kişi-qadın
bərabərliyi deməkdir. Gərək qadınlar anlasınlar ki, cəmiyyətdə hansı
mövqe tutmalarından asılı olmayaraq, evin lideri onun həyat yoldaşıdır.
Evin böyüyü bir nəfər olar, o da kişi. Bu gün köhnə və yeni ailə
modelinin toqquşması da zorakılığa səbəb olur. Bizim gözəl milli ailə
modelimiz var. Onu qoruyub saxlamaq lazımdır. Çünki milli ailə
modelimizdə böyüyə hörmət və ailəyə dəyər vermək var”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9233