Fuad Muradovun adı nurçu siyahısında

05.07.2014 - 02:05

Deputat kimlərin hədəfinə tuş gəlib?

Deputat Fuad Muradovun başı
qalmaqaldadı. Bu barədə cumhuriyyet.az-a daxil olan məlumatda deyilir ki,
deputat “yuxarı”ların qəzəbinə tuş gəlib. Belə ki, Fətullah Gülənin Azərbaycandakı
əsas adamları vurulandan sonra diqqət Fuad Muradova yönəlib. Çünki onun da
nurçu olduğu barədə cəmiyyətdə şübhələr var. Nurçu qalmaqalı Azərbaycanda start götürəndən
sonra deputat bundan çox narahat olub. Özünü qorumaq üçün hərəkətə keçən Fuad
Muradovun bütün səyləri nəticəsiz qalıb.

Bir çoxları Muradovu Fövqalədə Hallar Naziri Kəmaləddin Heydərovun adamı hesab etsə də, əslində belə deyilmiş. Deputat bir çox şəxslərlə işləyir. “Fuad Muradov təkcə
Kəmaləddin Heydərovun adamı deyil. O, həm Gənclər və İdman naziri Azad Rəhimovun,
eləcə də Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun
kadrı kimi bəzi dairələrə özünün təqdim edir. Halbuki, Əli Həsənovla Azad Rəhimovun
münasibətləri heç də yaxşı deyil. Fuad Muradov da bundan istifadə edərək hər
iki tərəflə çalışır. Hər birinə məhz onunla yaxın olduğunu deyir. Bundan başqa Fuad Muradov deputat kimi
hətta aidiyyəti ünvanlarda özünü Mehriban Əliyevanın yaxın qohumu olan, Azərbaycan
Gimnastika Federeasiyasının vitse-prezidenti Altay Həsənovun kadrı kimi də təqdim
edir”, – deyə qaynaq bildirir.

Cumhuriyyet.az-a məlumat verən şəxsin sözlərinə görə, Fuad Muradov
qarşıdakı parlament seçkilərində üçüncü dəfə mandat əldə etmək üçün özünü kadrı
kimi təqdim etdiyi şəxslərlə görüşüb: “Əli Həsənovla Azad Rəhimovun münasibətlərinin
soyuq olması Fuad Muradovun işini çətinə salıb. Daha doğrusu indiyə qədər
deputat sözügedən şəxslərin münasibətlərinin gərgin olmasından istifadə edərək
yerini daha da möhkəmlədib. Ancaq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın
yaxın keçmişdə Bakıya səfər etməsi, Azərbaycanın ən yuxarı postlarında vəzifə
tutan nurçuların siyahısını ölkə başçısı İlham Əliyevə təqdim etməsi hər şeyi
alt-üst edib. Siyahıda Fuad Muradovun adının olması özünü onların kadrı kimi təqdim
etdiyi şəxslərin qəzəbinə gəlib. Çünki adıçəkilən şəxslərin yanında özünün məhz
onların adamı kimi təqdim edib. Kəmaləddin Heydərovu, Altay Həsənovu, Əli Həsənovu,
Azad Rəhimovu inandırıb ki, yalnız onların hər biriylə münasibətdədir. Amma təəssüflər
olsun ki, bu belə deyil. Deputat eyni vaxtda bir neçə sahədə oynayır. İşin üstü
açılandan sonra problem yaranıb. Ona görə də Fuad Muradovun yaxın zamanlarda
vurulmaq ehtimalının olacağı şübhəsizdi”.

İnformasiya şöbəsi

Short URL: http://www.cumhuriyyet.net/?p=9236

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31