Gömrük rəisinin azadlığa buraxılmasının sirri

05.07.2014 - 08:49

Mirməhəmməd Seyidov Türkiyədə girov saxlanılırmış

Mirməhəmməd Seyidov Türkiyədə girov saxlanılırmış
 
 

Türkiyədə 17 dekabr rüşvət əməliyyatında saxlanılan azərbaycanlı,
Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov azadlığa
buraxılıb.
Mirməhəmməd Seyidov artıq
Istanbul reysi ilə Bakıya göndərilir. Qeyd edək ki, Mirməhəmməd Seyidov
Türkiyənin Qars şəhərinin hava limanında bu ölkənin Qaçaqmalçılıq və
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları saxlamışdı.
Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı
Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi də daxil
olmaqla 17 nəfər saxlanılmışdı.
Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, rüşvət alıb-vermək, maye yanacaq qaçaqçılığı etməkdə şübhəli bilinirdilər.

Türkiyə mətbuatının məlumatına görə, saxlanılanların sorğu-sualı
zamanı rüşvətin Sədərək gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən
toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq, tərəflər arasında
bölüşdürüldüyü ortaya çıxıb. Həmçinin hər iki tərəfdən olan
gömrükçülərin telefon danışıqları da məlum olub. Məlumatlarda bildirilir
ki, Türkiyə tərəfindəki gömrük məmuru Seyidovu cib telefonu ilə
arayanda “Sancılandım, mənə dərman göndər” deyərək pay istəyirmiş.
Seyidovun isə qarşı tərəfə “Sancın üçün dərman göndərdim” deyə cavab
verdiyi bildirilir. Normal günlərdə isə Sədərək Gömrük Idarəsinin rəisi
toplanan rüşvət pullarını paket içində əməkdaşlıq etdiyi adamlara pay
verirmiş.

Cumhuriyyet.az-ın “Azadlıq”a istinadən məlumatına görə, Mirməhəmməd Seyidovun
azadlığa buraxılması üçün Azərbaycan hakimiyyəti çoxsaylı cəhdlər edib.
Lakin Azərbaycan hakimiyyəti ilə Ərdoğan arasında “nurçu məsələsi” tam
həllini tapmadığı üçün Seyidovun azadlığa buraxılması mümkün olmayıb.
Sədərəyin gömrük rəisi bir növ girov kimi saxlanılıb. Nəhayət,
Azərbaycan hakimiyyəti ölkədə nurçu məktəblərinin bağlanması qərarını
verdikdən və bununla da nurçulara sarsıcıdı zərbə vurduqdan sonra
Seyidovun azadlığa buraxılması reallaşıb. Iddia olunur ki, Seyidov məhz
bu məsələyə görə azadlığa buraxılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=9237

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31