Putinin Azərbaycana qarşı qorxulu "B planı"
Bakı-Moskva münasibətlərində
təhlükəli gəlişmə; Kremlin ölkəmizi xoşluqla Avrasiya Birliyinə qoşmaq
səyləri alınmır; ATƏT tədbirində hakimiyyətin anti-Rusiya sənədinə səs
verməməsinin daha bir səbəbi…
Putinin
Azərbaycanı Avrasiya Birliyinə (AB) cəlb etmək üçün israrlı səyləri
davam edir. Rusiyanın bu yöndə cəhdlərinə ara verəcəyini düşünmək
sadəlövhlük olardı. Çünki AB Kreml başçısı üçün olduqca mühüm, onun
siyasi taleyini həll edəcək bir projedir, xüsusən də Ukrayna
olaylarından dolayı güclənməkdə olan Qərb-Rusiya soyuq savaşı fonunda
Rusiyanın dünyada özünütəsdiq məsələsidir.
toplantısında özünü çılpaqlığı ilə göstərdi. Bəlli oldu ki, postsovet
məkanında həyati maraqlar uğrunda iki güc mərkəzi arasında amansız
rəqabətin yaxın perspektivdə səngiyəcəyini gözləməyə dəyməz. Bu
rəqabətdə isə “bloklara qoşulmayan”, neytral Azərbaycana Moskva məxsusi
önəm verir. Bir neçə dəfə yazdığımız kimi, hətta Azərbaycan üçün ən
ağrılı problem olan Qarabağ məsələsində Moskvanın Bakı ilə bazarlığa
hazır olması barədə informasiya xarakterli, erməni tərəfini də bərk
narahat edən xəbərlər yayılıb.
işə salmış kimi görünür. Ermənistanın Avrasiya İttifaqının qapısı
ağzında saxlanılması da bilavasitə Azərbaycanla bağlıdır. Məsələ ondadır
ki, AB-yə qoşulmamaq üçün Azərbaycanın əlində ənənəvi arqument
təcavüzkar Ermənistanla eyni ittifaqda təmsil olunmağın
mümkünsüzlüyüdür. Bunu Moskvada gözəl anlayırlar. O üzdən Ermənistanın
quruma üzvlüyünü ertələmək istəyirlər.
Azərbaycan üçün daha məqbul və komfort şərait yaratmağa, Bakının
əlindəki kontur arqumentləri kəsərsizləşdirəcəyinə ümid edir. Ermənistan
onsuz da Kremlin ovcundadır. Azərbaycan isə Ukraynadan sonra faktiki
surətdə Avrasiya İttifaqının, demək, həm də Güney Qafqazın taleyini həll
edə biləcək, Rusiyanın regionda qalıb-qalmayacağını müəyyənləşdirəcək
strateji ölkədir. Ona görə də Moskva Azərbaycana ən müxtəlif
vasitələrlə, maksimim təsir göstərməyə çalışır. Bu təsirlər yüzdə yüz
artacaq.
Azərbaycanla, Dağlıq Qarabağla bağlı pozitiv materialların artması da
təsadüfi sayıla bilməz. Kremlə yaxın ekspertlərin dilindən ölkəmizə
ünvanlı neqativ, hədələyici fikirlər da daha gözə dəymir. Heç şübhəsiz,
bu tip gəlişmə də bilavasitə Kremlin, Putinin iradəsinə bağlıdır və
Bakının qərar verməsi üçün məqbul siyasi atmosferi gücləndirməyə
hesablanıb. Çünki avtoritar ölkə olan Rusiyada mətbuat hakimiyyətin
nəzarətindədir və sonuncunun rüsxəti olmadan Azərbaycana yönəlik belə
təbliğati reveranslar istisnadır. Ukrayna barədə Rusiya KİV-lərinin
aylardır apardığı qarayaxma kampaniyası buna əyani sübutdur.
halda, bizə çatan kifayət qədər mötəbər bilgilərə inansaq, rəsmi Bakını
Moskvanın “3 rayon əvəzinə Avrasiya İttifaqı” kimi şirnikləndirici,
“tələdə pendir” effektli təklif qane etməyib. Son məlumatlara görə, bu
mövqe ötən ay ölkəmizə bir-birinin ardınca səfər etmiş yüksək çinli rus
emissarları (Roqozin, Lavrov) vasitəsilə Putinin nəzərinə artıq
çatdırılıb. Elə Bakının Moskva tərəfindən yerinə yetirilməsi mümkünsüz
olan əsas şərt-tələbi də: “Dağlıq Qarabağı qaytarın, ittifaqda bir
yerdə olaq”.
Azərbaycan iqtidarı həm də bu və başqa təhlükələri ciddiyə alaraq
ATƏT-in Bakı toplantısında Ukraynaya dair sərt anti-Rusiya qətnaməsinə
səs verməkdən yayınıb. Yeri gəlmişkən, bu mövqe barədə Azərbaycanın
iqtidar mediası, o sırada telekanallar bir kəlmə belə demədi, yazmadı.
Rusiyanı izafi qıcıqlandırmamaq üçün fakt maksimum şəkildə ört-basdır
edildi.
Bakı Bəyannaməsi var. Bu sənəd “B planı”ndan ötrü Kreml üçün ilkin
istinad müstəvisi və ya bəhanə platforması rolu oynaya bilər. Doğrudur,
hələ ki, Putinin qorxulu planı işə saldığının əlamətləri müşahidə
edilmir. Ancaq qarşımızda Rusiyadır. Bəlkə də onun Azərbaycanı tələyə
salmaq üçün hələ C planı da var…
Short URL: http://www.cumhuriyyet.net/?p=9247