Fransa Eyfel qülləsini almanlara verdi
Cumhuriyyet.az axar.az-a istinadən xəbər verir ki, Dünya Çempionatının Вј finalında Fransanın Almaniyaya 0-1 hesabı ilə məğlub olmasından sonra fransızlar Eyfel qülləsindən Almaniya bayrağı asıb.
Almanlara qarşı böyük bir jestə imza atan fransızlar özləri məğlub olsa da, qonşunu belə fərqli şəkildə təbrik ediblər. Həmçinin gecə saatlarında Eyfel qülləsi Almaniya bayrağının rənglərinə də bürünüb. Qara, qırmızı, sarı rənglərlə işıqlandırılan Eyfel bir gecəlik almanlar üçün yanıb.
Feysbuk sosial şəbəkəsində hadisəni əks etdirən fotolar yayılıb.
Qeyd edək ki, Braziliyada təşkil olunan Dünya Çempionatının dünən keçirilən Вј finalında Fransa ilə Almaniya komandaları üz-üzə gəliblər. Oyun Almaniya yığmasının müdafiəçisi Mats Hummelsin matçın 12-ci dəqiqəsində vurduğu yeganə qol ilə bitib. Beləliklə, Almaniya Dünya Çempionatının yarımfinalına vəsiqə qazanan ilk komanda olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=9250