Türkiyə: prezidentliyə üç iddiaçı var

05.07.2014 - 12:31

Türkiyədə rəsmi seçki təqviminə uyğun olaraq prezidentliyə namizəd
vermək müddəti başa çatıb. “Media forum” saytı xəbər verir ki,
prezidentliyə üç iddiaçı var: Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat
partiyalarının ortaq namizədi Ekmələddin Ihsanoğlu; Ədalət və Inkişaf
Partiyasının namizədi Rəcəb Teyyub Ərdoğan və Xalqların Demokratik
Partiyasının namizədi Səlahəddin Dəmirtaş.

Seçki komissiyası namizədliyə müraciətləri iyulun 5-də araşdırmağa
başlayacaq. Aşkar olunan nöqsanlar iyulun 7-si saat 17-yə qədər aradan
qaldırılmalıdır. Prezidentliyə namizədlərin siyahısı iyulun 8-də “Rəsmi
qəzet”də dərc ediləcək.

Namizədliyini irəli sürmüş şəxslərlə bağlı etirazlara baxılandan
sonra iyulun 10-da yekun qərar veriləcək və prezidentliyə rəsmi
namizədlərin siyahısı elan olunacaq, təbliğat-təşviqat kampaniyası
başlanacaq.

Seçki avqustun 10-da keçiriləcək. Səsvermədə namizəd etibarlı səslərin yarıdan çoxunu götürə bilməsə, ikinci tur keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=9251

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31