Əli Hüseynovun gəncliyindən şok video
Milli Məclisin
hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovla bağlı
youtube.com-da maraqlı video yerləşdirilib. 1993-cü ildə lentə alınan video
hazırda həbsdə olan Nazim Quliyevin toy məclisində çəkilib. Araşdırmalar nəticəsində
cumhuriyyet.az-a o da məlum olub ki, Əli Hüseynov Nazim Quliyevin əsgər yoldaşı olub və uzun müddət
yoldaşlıq ediblər. Hətta bir çox ziyafətlərdə Əli Hüseynov mikrofonla “Nazim mənim
böyük qardaşımdır” etirafında bulunub. AXC hakimiyyəti dönəmində bu iki şəxs Moskva
univermağı qarşısındakı “qara təhlə” dükanında şərik olublar. Təqdim olunan
videoda isə diqqət çəkən məqam 93-cü ilin iyun ayında, indi Ə.Hüseynovun daxil
olduğu komandanın aclıq və səfalət günləri kimi təqdim etdiyi dönəmdə göyə səpilən
pullar və bu günkü deputatın (hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri) Azərbaycan manatını üzərində rəqs etməsidir. Videonun maraq doğuracağını nəzərə alıb cumhuriyyet.az onu diqqətinizə çatdırır:
Short URL: http://www.cumhuriyyet.net/?p=9255